12px13px15px17px
Tarix:14/11/11

“Google”-un internet-axtarış bazarında payı artmağa davam edir

“ComScore” şirkətinin son hesabat məlumatlarına əsasən, oktyabr ayının nəticəsinə əsasən “Google”-un Amerikanın internet axtarış bazarındakı payı 65,3% təşkil edib. Bu göstərici sentyabr ayı ilə müqayisədə 0.3% çoxdur.

Analitiklər qeyd ediblər ki, cari ilin avqust ayında “Google”-un payı 64,8%-ə düşmüşdü. Bu göstərici isə internet-şirkət üçün 2009-cu ilin sentyabr ayından bəri ən pis nəticə olub.

“Yahoo” internet şirkətinin payı 1 ay ərzində 15,5%-dən 15,2%-ə qədər azalıb. Bu göstərici isə şirkət üçün yeni minimum olub. “ComScore” hesabatında qeyd edilib ki, “Yahoo” yaxın aylarda axtarış sisteminin yeni mobil versiyasının işə salınması və “Apple iPad” üçün “LiveStand” və “İnfoNow TV” kimi yeni mobil məhsulların buraxılışı sayəsində öz göstəricilərini bərpa edə bilər.

“Microsoft” korporasiyasının “Bing” axtarış sisteminin oktyabr ayında payı 14,8% təşkil edib. Qeyd edək ki, sentyabr ayında “Bing” axtarış sisteminin payı 14.7% təşkil edib. Analitiklər bildiriblər ki, belə templə “Bing” 2012-ci ilin əvvəlində “Yahoo”-nu ötə bilər.

“ComScore” şirkəti, həmçinin qeyd edib ki, “Google” son 30 gün ərzində axtarış sisteminin işində bir sıra təkmilləşdirmələr edib; bu təkmilləşdirmələr isə şirkətin bazar payına müsbət təsir göstərib.



Baxış sayı: 1512

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024