12px13px15px17px
Tarix:29/04/19

Yeni “iPhone XR” ikiqat əsas kamera ilə təchiz ediləcək

“Apple” şirkətinin yeni “iPhone XR” smartfonu ikiqat əsas kamera ilə təchiz edilə bilər. Bu informasiya çinli təchizatçılar şəbəkəsindəki insayderlər tərəfindən yayılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, hazırda “iPhone XS” və “iPhone XS Max” smartfonları iki əsas kameraya malikdir. Gözləntilərə görə, 2019-cu ildə təqdim ediləcək “iPhone XR” modeli 12 meqapiksellik iki modulla təchiz ediləcək. Həmin modullardan biri teleobyektiv olacaq.

 

Smartfonun qiyməti ən azı 750 dollar təşkil edəcək. “Apple” şirkətinin yeni cihazlarının təqdimatı bu ilin sentyabrına planlaşdırılıb.

 

Emil Hüseynov





Baxış sayı: 513

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024