12px13px15px17px
Tarix:01/05/19

Azərbaycanda ilk “Əşyaların interneti” laboratoriyası yaradılıb

Cari ilin 1 may tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində Azərbaycanda "Əşyaların interneti" laboratoriyasının açılış mərasimi keçirilib.

 

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi ilə "Microsoft" şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən yaradılan laboratoriya adıçəkilən mərkəzdə fəaliyyət göstərəcək.

 

"Microsoft Lab" adlanan laboratoriyanın əsas məqsədi tədris və tətbiq arasında körpü yaradaraq, perspektivli innovativ layihələrin icrasına gənc mütəxəssislərin və startapçıların cəlb edilməsidir.

 

Laboratoriyada "Əşyaların interneti" (İoT) sahəsi üzrə müxtəlif həllər və real prototiplər hazırlamaq mümkün olacaq. Gələcəkdə digər innovativ istiqamətlər üzrə də fəaliyyət genişləndiriləcək.

 

Məlumat üçün bildirək ki, "Əşyalar interneti" texnologiyası internetə çıxışı olan bütün cihaz və avadanlıqlar vasitəsilə məlumatların toplanması, ötürülməsi və bu məlumatlar əsasında qərar qəbuletmə prosesinin effektivliyinin artırılmasını nəzərdə tutur.

 

Dövlət və özəl təşkilatlar öz fəaliyyətlərində informasiya texnologiyalaının nailiyyətləri və yeni imkanlarını tətbiq etmək istədikləri halda müxtəlif layihə təkliflərini Laboratoriyaya təqdim edə biləcəklər. Bu təkliflər əsasında proqramçılar və İT şirkətlər tərəfindən laboratoriyada real layihələr yaradılacaq. Sonradan hazırlanan prototiplərin biznesdə tətbiq edilməsi məqsədilə layihələrə dəstək veriləcək.

 

İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi "Microsoft" şirkətinin dəstəyi ilə yaradılan innovasiya laboratoriyasının əlaqələndiricisi rolunu oynayacaq. Belə ki, layihə sifarişçiləri və bu sifarişləri icra edəcək startapçılar arasında işgüzar münasibətlər yaradılacaq. Laboratoriyada, həmçinin, proqramçılıq və elektronika sahələri üzrə təlimlərin keçirilməsi, mütəxəssislərin sertifikatlaşdırılması və prototiplərin hazırlanması reallaşdırılacaq.

 

Qeyd edək ki, "www.iktlab.az/mslab" internet səhifəsində "Microsoft Lab" haqqında ətraflı məlumat almaq mümkündür. Burada özəl və biznes qurumları sorğu doldurmaqla reallaşdırmaq istədikləri layihələrin senarilərini "Lab"-a göndərə bilər. Eyni zamanda, "Əşyaların interneti" sahəsi üzrə layihə icra etmək istəyən proqramçılar və startaplar sayt vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 





Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 May 2019

22/05/19
“Honor 20” və “Honor 20 Pro” modelləri rəsmən təqdim edilib

“Huawei” şirkəti Londonda “Honor 20” smartfonlarının yeni istehsal xəttini təqdim edib.

22/05/19
Milyonlarla “Instagram” istifadəçisinin telefon nömrəsi və elektron poçtu internetdə yerləşdirilib

2019-cu il mayın 20-də informasiya təhlükəsizliyi üzrə mütəxəssis Anuraq Sen “Instagram” istifadəçilərin

21 05 2019

21/05/19
EaPeReg-ə üzv və məşvərətçi ölkələrin tənzimləmə qurumu rəhbərlərinin görüşü keçirilib

Şərq  tərəfdaşlığı ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsi çərçivəsində 

21/05/19
Mühəndislər tamamilə özü öyrənən neyron şəbəkəsinə malik ilk robot təqdim ediblər

Lobaçevski adına Nijeqorod Dövlət Universitetinin alimləri neyron şəbəkəsi sayəsində tamamilə özü öyrən

21/05/19
Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

Gənclərin və gələcək nəsillərin qlobal şəbəkədəki mövcud və potensial təhdidlərlə bağlı məlumatlandırılması

21/05/19
“Facebook” İsveçrədə maliyyə və texnoloji xidmətlər təşkilatı açıb

ABŞ-ın “Facebook” şirkəti İsveçrədə maliyyə və texnoloji xidmətlərin göstərilməsində ixtisaslaşacaq tör

21/05/19
“Google”un süni intellekti ağciyər xərçəngini həkimlərdən daha yaxşı aşkar edir

Süni intellekt əsasında işləyən diaqnostika sistemləri ağciyər xərçəngini sertifikatlaşdırılmış həkimlə

21/05/19
Yeni “Google Glass” eynəyi “Android” sistemi ilə işləyəcək

“Google” şirkəti “Google Glass” “ağıllı” eynəyinin yeni versiyasını təqdim edib. “Glass Enterprise Edi

21/05/19
“Starship” raketinin prototipləri hazırlanır

ABŞ-ın “SpaceX” şirkəti “Starship” raketinin Cənubi Texasda yerləşən zavodda 100 nəfərlik sərnişin tutu

21/05/19
Analitiklər “Əşyalar interneti” bazarında “5G” texnologiyasının tədricən tətbiqini proqnozlaşdırırlar

2019-cu ildə tərtibatçılara yeni “5G” standartını dəstəkləyən “IoT”-modullar əlçatan olacaq ki, bu da beşi

21/05/19
“Huawei” əməliyyat sisteminin adı məlum olub

Çinin “Huawei” şirkətinin əməliyyat sistemi “Hongmeng” adlanacaq.

21/05/19
Kondisioner və qızdırıcını əvəz edəcək daşınan cihaz təqdim edilib

Kaliforniya Universitetinin mühəndisləri qışın soyuğuna və yayın istisinə qarşı qeyri-adi mübarizə üsul