12px13px15px17px
Tarix:01/05/19

Startaplara dəstək məqsədilə konsorsium yaradılıb

Startapların müxtəlif dövlət qurumları və ayrı-ayrı şirkətlər tərəfindən keçirilən tenderlərdə, eləcə də, əhəmiyyətli layihələrdə iştirakını təmin etmək, onlara bu sahədə dəstək göstərmək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi, nazirliyin tabeli qurumu olan  "AzİnTelecom" MMC, "Lenovo", "Nutanix" və "iQRex" şirkətləri ilə birgə konsorsium yaradılıb.

Konsorsium yerli startapçılara müxtəlif maliyyə mənbələri əldə etmək, mühüm layihələrdə, o cümlədən iri və orta büdcəli tenderlərdə iştirak etmək imkanı yaradacaq.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də startaplar riskli  hədəf qruplarına aid edilir. Bu baxımdan onlar böyük maliyyə yükü olan layihələrdən kənarda qalır.  Əksər vaxt startaplar istər dövlət qurumları, istərsə də özəl şirkətlər tərəfindən elan edilən  tenderlərə buraxılmırlar.  Yaradılan konsorsium bu sahədə startapların şansını artıracaq.




Baxış sayı: 638

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024