12px13px15px17px
Tarix:03/05/19

“Lenovo ThinkBook S” noutbuklarının yeni seriyası hazırlanır

“Lenovo” şirkəti tezliklə yeni portativ kompüterlər seriyası təqdim edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, hazırda “Lenovo” noutbukları bir neçə əsas seriyadan ibarət olmaqla biznes istifadəçiləri üçün “ThinkPad” noutbukları, eləcə də adi istifadəçilər üçün “IdeaPad” və “Yoga” qurğularına bölünür.

 

Məlumata görə, yeni seriya portativ kompüterlər “ThinkBook” və ya “ThinkBook S” adlana bilər. Çin istehsalçısı artıq 13,3 və 14 düym diaqonallı modelləri nümayiş etdirib. Korpusu metaldan hazırlanan qurğuların “Full HD” formatlı ekrana malik qapağı 180 dərəcə açılır.

 

Bildirilir ki, noutbuklar “Whiskey Lake” (1,8-4,6 QHs takt tezlikli dördnüvəli Core i7-8565U çipi) nəsilli “Intel” prosessoru, 16 giqabayt operativ yaddaş və 512 giqabayt tutumlu quraşdırılmış yaddaş ilə təchiz edilib. Bundan əlavə, “AMD Radeon 540X” diskret qrafik sürətləndiricisinin quraşdırılması mümkündür.

 

Avropada may ərzində satışa çıxarılması gözlənilən “Lenovo ThinkBook S” noutbuklarının qiyməti 1000 avro təşkil edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024