12px13px15px17px
Tarix:14/11/11

ABŞ videooyunlar bazarında cüzi artım qeyd edilib

“NPD Group” analitik şirkəti oktyabr ayı üzrə Amerika videooyun bazarı ilə bağlı hesabatı dərc edib. Keçən ay oyun konsolları istehsalçılara 1,08 milyard dollar qazandırıb. Bu göstərici 2010-cu ilin oktyabr ayı ilə müqayisədə 1% çoxdur. Aksessuarlara tələbat 5% azalaraq 135,9 milyon dollar təşkil edib.

Oyun konsollarının satışları 295,6 milyon dollar təşkil edib, bu isə keçənilki nəticədən 6% çoxdur. 1 ay ərzində “Microsoft” korporasiyası 393 min “Xbox 360” dəsti satıb. “Sony” korporasiyası satışlar haqqında informasiya verməyib.

Oyun satışlarından əldə olunan gəlir illik hesablamada 3% artaraq 621,3 milyon dollar təşkil edib. Oktyabr ayının ən məşhur layihələri aşağıdakılar olub:

1. “Battlefield 3” (Xbox 360, PS3, PC)

2. Batman: “Arkham City” (Xbox 360, PS3)

3. “NBA 2K12” (Xbox 360, PS3, PSP, Wii, PS2, PC)

4. “Rage” (Xbox 360, PS3, PC)

5. “Just Dance 3” (Wii, Xbox 360)

6. “Dark Souls” (PS3, Xbox 360)

7. “Madden NFL 12” (Xbox 360, PS3, Wii, PS2, PSP)

8. “Forza Motorsport 4” (Xbox 360)

9. “Gears of War 3” (Xbox 360)

10. “FIFA Soccer 12” (Xbox 360, PS3, Wii, PSP, PS2, 3DS)



Baxış sayı: 1102

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024