12px13px15px17px
Tarix:07/05/19

“Microsoft” korporasiyası “Edge” brauzerinin yeni versiyasını təqdim edib

“Microsoft” korporasiyası “Build 2019” konfransında açıq mənbə koduna malik “Google Chromium” mühərrikindən istifadə nəticəsində yaradılmış “Edge” brauzerinin yeni versiyasını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, korporasiya “EdgeHTML” mühərrikindən yeni mühərrikə keçid haqqında hələ 2018-ci ilin dekabrında xəbərdarlıq etmişdi, cari ilin aprelində isə testlərə başlayıb.

 

“Microsoft” hələ ki “Edge” brauzerinin yeni versiyasının təqdimetmə tarixini açıqlamayıb, amma brauzerdə reallaşdırılmış yeni funksiyalar haqqında məlumat verib.

 

“Edge” brauzerində əlçatan olacaq “IE mode” rejimi “Internet Explorer” brauzerini “Microsoft Edge”nin vərəqində işə salmağa imkan verəcək. Bu, “Internet Explorer”dən imtina etmək istəməyən korporativ müştərilər üçün nəzərdə tutulub.

 

Yeni məxfilik aləti “Microsoft Edge” brauzerində 3 məxfilik səviyyəsindən birini quraşdırmağa imkan verir: qeyri-məhdud (Unrestricted), tarazlaşdırılmış (Balanced) və ciddi (Strict).

 

Emil Hüseynov





Baxış sayı: 514

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024