12px13px15px17px
Tarix:13/05/19

“Microsoft Office 365” ofis paketinin auditoriyası 214 milyon nəfər təşkil edir

Artıq 900 milyon qurğu “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir, amma “Microsoft Office 365” ofis proqramları paketi hələ ki belə nəticə ilə öyünə bilmir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, “Microsoft”un baş direktoru Tren Qriffin bildirib ki, dünyada 214 milyon istifadəçi “Microsoft Office 365” ofis proqramları paketindən istifadə edir. Bu, “Spotify” (107 milyon) və “Amazon” xidmətlərinin istifadəçilərinin sayından (101 milyon) çoxdur. “Office 365”-in auditoriyasının əksəriyyəti biznes istifadəçiləridir, fərdi istifadəçilərin sayı 34,2 milyon nəfər təşkil edir.

 

Emil Hüseynov





Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024