12px13px15px17px
Tarix:15/05/19

İkiekranlı “HP” noutbukunda oyun zamanı “YouTube”a baxmaq mümkündür

"HP" şirkəti güclü "Omen X 2S" oyun noutbukunu nümayiş etdirib. Yeni qurğu klaviaturanın yuxarı hissəsində yerləşən 6 düym diaqonallı yardımçı "Full HD" ekranla seçilir. İdeya ondan ibarətdir ki, istifadəçilər oynamaqla paralel şəkildə "Twitch" servisində birbaşa translyasiyaya və ya "YouTube"da tədris videoçarxlarına baxa, "Discord" çatında komanda üzvü ilə söhbət edə və ya prosessorun yükünü izləyə bilsinlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, bundan başqa, oyunçunun rahatlığı üçün ikinci displeydə oyunun bir sıra elementlərini göstərmək mümkündür. Burada, məsələn, böyüdülmüş şəkildə mini-kart və ya spidometri təkrarlamaq olar. Əlavə ekranı, həmçinin bütün digər proqramlar, o cümlədən brauzer dəstəkləyir.

 

Məlumata görə, əsas displey rolunda 144 QHs takt tezlikli 15 düym diaqonallı "Full HD" panel çıxış edir. Daha bahalı "Omen X 2S" modellərində tezlik yenilənməsi 240 giqahersədək, təsvir ölçüsü isə "HDR" dəstəkli "4K" formatınadək artırıla bilər.

 

Noutbukun əsas konfiqurasiyasına səkkiznüvəli "Intel Core i9" çipi, 32 giqabaytlıq operativ yaddaş və "Nvidia GeForce RTX 2080 Max-Q" qrafikası daxildir. Şirkət qurğu üçün məxsusi olaraq istiliyi tez qovan və sürəti 28 faizədək artırmağa imkan verən yeni maye metal soyutma sistemi hazırlayıb.

 

Qalınlığı 22 mm təşkil edən "HP Omen X 2S" noutbukunun akkumulyator tipi və tutumu barədə məlumat verilmir.

 

Noutbukun iyunda ABŞ-da 2100 dollar başlanğıc qiymətlə satışa çıxarılması nəzərdə tutulur.

 

Nizam Nuriyev





Baxış sayı: 251

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 May 2019

22/05/19
“Honor 20” və “Honor 20 Pro” modelləri rəsmən təqdim edilib

“Huawei” şirkəti Londonda “Honor 20” smartfonlarının yeni istehsal xəttini təqdim edib.

22/05/19
Milyonlarla “Instagram” istifadəçisinin telefon nömrəsi və elektron poçtu internetdə yerləşdirilib

2019-cu il mayın 20-də informasiya təhlükəsizliyi üzrə mütəxəssis Anuraq Sen “Instagram” istifadəçilərin

21 05 2019

21/05/19
EaPeReg-ə üzv və məşvərətçi ölkələrin tənzimləmə qurumu rəhbərlərinin görüşü keçirilib

Şərq  tərəfdaşlığı ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsi çərçivəsində 

21/05/19
Mühəndislər tamamilə özü öyrənən neyron şəbəkəsinə malik ilk robot təqdim ediblər

Lobaçevski adına Nijeqorod Dövlət Universitetinin alimləri neyron şəbəkəsi sayəsində tamamilə özü öyrən

21/05/19
Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

Gənclərin və gələcək nəsillərin qlobal şəbəkədəki mövcud və potensial təhdidlərlə bağlı məlumatlandırılması

21/05/19
“Facebook” İsveçrədə maliyyə və texnoloji xidmətlər təşkilatı açıb

ABŞ-ın “Facebook” şirkəti İsveçrədə maliyyə və texnoloji xidmətlərin göstərilməsində ixtisaslaşacaq tör

21/05/19
“Google”un süni intellekti ağciyər xərçəngini həkimlərdən daha yaxşı aşkar edir

Süni intellekt əsasında işləyən diaqnostika sistemləri ağciyər xərçəngini sertifikatlaşdırılmış həkimlə

21/05/19
Yeni “Google Glass” eynəyi “Android” sistemi ilə işləyəcək

“Google” şirkəti “Google Glass” “ağıllı” eynəyinin yeni versiyasını təqdim edib. “Glass Enterprise Edi

21/05/19
“Starship” raketinin prototipləri hazırlanır

ABŞ-ın “SpaceX” şirkəti “Starship” raketinin Cənubi Texasda yerləşən zavodda 100 nəfərlik sərnişin tutu

21/05/19
Analitiklər “Əşyalar interneti” bazarında “5G” texnologiyasının tədricən tətbiqini proqnozlaşdırırlar

2019-cu ildə tərtibatçılara yeni “5G” standartını dəstəkləyən “IoT”-modullar əlçatan olacaq ki, bu da beşi

21/05/19
“Huawei” əməliyyat sisteminin adı məlum olub

Çinin “Huawei” şirkətinin əməliyyat sistemi “Hongmeng” adlanacaq.

21/05/19
Kondisioner və qızdırıcını əvəz edəcək daşınan cihaz təqdim edilib

Kaliforniya Universitetinin mühəndisləri qışın soyuğuna və yayın istisinə qarşı qeyri-adi mübarizə üsul