12px13px15px17px
Tarix:14/11/11

Azərbaycanla Macarıstan arasında elmi-texniki əməkdaşlıq genişlənir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Macarıstan Milli İnnovasiya İdarəsinin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri xanım İldiko Kovaks və bu ölkənin Rusiyadakı səfirliyinin elm və texnologiyalar üzrə attaşesi cənab Erdeyi Arpad ilə görüş keçirildi.

Tədbirdə Azərbaycanla Macarıstan arasında elmi-texniki, innovasiyalar sahəsində birgə əməkdaşlıq əlaqələrinin təşkili məsələləri, elmi tədqiqatların inkişaf perspektivləri müzakirə olundu.

Xanım İ.Kovaks nano və innovativ texnologiyalar sahəsində Rusiya, Türkiyə, ABŞ, İsrail kimi ölkələrlə, o cümlədən COST, EURECA, CERN kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin olduğunu bildirərək birgə elmi və texnoloji tədqiqatlarda əldə edilmiş nailiyyətlərdən, elmi mübadilənin inkişafı istiqamətində aparılan işlərdən söhbət açdı.

Macarıstan Elmlər Akademiyasının institutlarında və universitetlərdə aparılan tədqiqatlara dövlət tərəfindən böyük dəstək göstərildiyi bildirildi.

Görüşdə AMEA İTİ-də informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, həyata keçirilən innovativ layihələr, institutun beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verildi.

Hər iki ölkənin informasiya texnologiyalarının elmi problemləri ilə məşğul olan qurumları arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsi, konfransların təşkili, kadrların mübadiləsi və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı.



Baxış sayı: 860

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024