12px13px15px17px
Tarix:20/05/19

“Android” sisteminin hələ elan edilmiş versiyasında istifadəyə veriləcək yeni funksiya məlum olub

“Android” əməliyyat sisteminin hazırlanması üzrə məsul şəxs olan “Google” korporasiyasının vitse-prezidenti Deyv Berk “Twitter”də sözügedən sistemin növbəti versiyasında əlçatan olacaq yeni funksiya haqqında məlumat paylaşıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, mobil qurğuda uzun səhifələrin ekran görüntüsünü etmək imkanının çətinlikləri haqqında “Android Police” portalının təsisçisi Artyom Rusakovskinin yazısına cavab olaraq Berk bildirib ki, tərtibatçılar artıq “Android R” platformasında bu funksiyanı əlavə ediblər. İstifadəçilər uzun səhifələri lazımi istiqamətdə hərəkət etdirərək ekran görüntüləri yarada biləcəklər. “Android R” platformasının 2020-ci ildə təqdim ediləcəyi gözlənilir.

 

Emil Hüseynov





Baxış sayı: 20

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Sentyabr 2019

22 09 2019