12px13px15px17px
Tarix:20/05/19

“Huawei” smartfonları “Android” sistemini dəstəkləməyəcək

"Google" şirkəti ABŞ Prezidenti Donald Trampın Çinin "Huawei" smartfon istehsalçısının avadanlığından istifadənin qadağan edilməsi haqqında fərmanından sonra bu şirkətlə əməkdaşlığı dayandırıb. Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, məlumata görə, bundan sonra "Huawei" smartfonlarında "Android" əməliyyat sistemi yenilənməyəcək, şirkətin növbəti nəsil smartfonları isə "Google" şirkətinin "Google Play" əlavələr mağazası, "Chrome" brauzeri, "Gmail" poçt xidməti, "YouTube" və "Google Maps" kimi servislərindən istifadədən məhrum olacaqlar. Hazırda "Google" şirkəti qəbul olunan qərarla bağlı ətraflı müzakirələri davam etdirir.

 

Bildirilir ki, ABŞ Maliyyə Nazirliyi mayın 16-da "Huawei" və onun 70 filialını "qara siyahı"ya əlavə edib. ABŞ nümayəndələrinin fikrincə, bu qərar Çin şirkətinin ABŞ tədarükçülərindən asılı olmasına görə onun bir sıra məhsullarının satışında çətinliklər yaradacaq.

 

Bir müddət əvvəl ABŞ və Çin arasında ticarət müharibəsi qızışıb. Əvvəlcə ABŞ Çindən 200 milyard dollar dəyərində olan idxal malları üçün tarifləri artırıb. Öz növbəsində Çin 60 milyard dollar dəyərində olan ABŞ malları üçün tariflərdə artım edib. Mayın 17-də ABŞ tərəfinin Avropa İttifaqı və Yaponiya ilə danışıqlar üçün vaxt qazanmaq məqsədilə ticarət müharibəsində geri çəkilməklə bağlı qərar qəbul etməsi məlum olub.

 

Nizam Nuriyev





Baxış sayı: 563

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 İyun 2019

18 06 2019

18/06/19
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında fəal iştirak edir

2018-ci ilin noyabrında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransında bu təşki

18/06/19
“Instagram” hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirir

“Instagram” sosial şəbəkəsinin proqramçıları hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirir

18/06/19
“WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edilib

“Eset” antivirus şirkəti “WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edib.

18/06/19
Alimlər: “İnternet beyində bərpa olunmaz dəyişikliklərə səbəb olur”

Beynəlxalq tədqiqatçılar qrupu internetin insan yaddaşına və onun sosial fəaliyyət qabiliyyətinə təsiri i

18/06/19
“Volvo” və “Uber” avtonom avtomobil təqdim edib

ABŞ-ın “Uber” taksi sifarişi xidməti və İsveçin “Volvo Cars” avtomobil istehsalçısı “Volvo 

18/06/19
Qanadları ən uzun təyyarə 400 milyon dollara satışa çıxarılıb

“Vulcan” holdinqi qanadlarının uzunluğuna görə dünyanın ən böyük “Stratolaunch” təyyarəsini 400 mily

18/06/19
“Intel” texnoloji startaplar üçün inkubator istifadəyə verib

ABŞ-ın “Intel” mikroprosessorlar istehsalçısı İsraildə avtonom sistem və süni intellekt texnologiyalarını

18/06/19
Bütün “iPhone” smartfonlarına müdaxilə edə bilən proqram hazırlanıb

İsrailin “Cellebrite” şirkəti “iOS 7”-dən “iOS 12.3”-dək əməliyyat sistemlərinin idarəetməsi altında işləyən

18/06/19
“Windows 10” sisteminin bazar payı 50%-ə yaxınlaşır

“NetMarketShare” servisinin məlumatına görə, 2019-cu ilin mayında dünyadakı fərdi kompüterlərin 45,73%-i