12px13px15px17px
Tarix:23/05/19

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin köməkçi sahəsində bir müddət öncə sərnişinlərin ixtiyarına verilən Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb.

 

Tablolarda həm qovşaq daxilində olan istiqamətlər, həm də kompleks ərazisində yerləşən xidmət sahələri göstərilib. Sürücülər üçün Nəqliyyat Qovşağının, eləcə də BBAK-ın giriş-çıxış hissələrində qaydaları əks etdirən nişanlar yerləşdirilib.

 

Qeyd edək ki, bir müddət öncə Nəqliyyat Qovşağından istifadə edən sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə pulsuz araba xidməti istifadəyə verilib. Sərnişinlər heç bir məbləğ ödəmədən yüklərini bu arabalar vasitəsilə daşıya bilir.

 

Yaxın günlərdə həm Bakı Beynəlxalq Avtovağzal Kompleksində, həm də Nəqliyyat Qovşağında saxlama kameraları sərnişinlərin ixtiyarına veriləcək.

 

 

 

 

 

 





Baxış sayı: 708

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024