12px13px15px17px
Tarix:15/11/11

İspaniyada yeni superkompyuter yaradırlarBaşlığı

Barselonanın superkompyuter mərkəzi elan edib ki, Avropa Birliyinin “Mont-Blanc Project” layihəsi çərçivəsində superkompyuter hazırlanır.

Mərkəzin bəyanatında bildirilib ki, bu maşın Avropa alimlərinə eksa-miqyas hesablamalar ilə işləməyə imkan yaradacaq, lakin enerji istehlakı göstəriciləri əvvəlki superkompyuter modelləri səviyyəsində olduğu kimi saxlanılacaq.

Yeni superkompyuter “EU Mont-Blanc” adlanacaq və “ARM Holdings” mikronüvələrinə əsaslanan dördnüvəli “Nvidia Tegra 3” çiplərindən, həmçinin böyük sayda paralel verilənlərlə işləmək üçün “Nvidia CUDA” qrafik həllərindən istifadə edəcək. Bu maşın Sietldə (Vaşinqton, ABŞ) keçirilmiş “SC11” superkompyuter konfransında təqdim olunub.

“Mont-Blanc” elmi-tədqiqat layihəsi vasitəsilə Barselonadakı mərkəzin mütəxəssisləri yalnız yeni hesablama qovşağı yaratmağı deyil, həm də digər Avropa ölkələrindəki, xüsusilə Almaniyada və Fransadakı kolleqaları ilə qarşılıqlı əlaqə yaratmağı planlaşdırırlar. Yeni superkompyuter haqqında məlumat verərək İspaniya tədqiqatçıları bildiriblər ki, onun əsas üstünlüklərindən biri aşağı enerji istehlaklı olmasıdır.



Baxış sayı: 1261

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024