12px13px15px17px
Tarix:31/05/19

“Samsung” smartfon və noutbukların enerji ilə doldurulmasını sürətləndirəcək

Cənubi Koreyanın istehlak elektronikası istehsalçısı “Samsung” şirkəti tərəfindən təqdim edilmiş enerji doldurma qurğusunun gücü 100 Vatt təşkil edir ki, bu da analoqlarla müqayisədə 10 dəfə yüksək göstəricidir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, şirkət “USB Type-C Power Delivery 3.0- SE8A” və “MM101” olmaqla 2 enerji doldurma kontrollerini təqdim edib. Hər iki çip “eFlash” platformasında hazırlanıb.

 

İstehsalçının məlumatına görə, “USB Power Delivery” texnologiyasını dəstəkləyən “SE8A” enerji kontrollerinə “Secure Element” adlı əlavə təhlükəsizlik elementi quraşdırılıb.

 

“MM101” kontrolleri isə onunla fərqlənir ki, “AES” şifrləmə alqoritmini dəstəkləyir və enerji doldurma üçün daha təhlükəsiz şəraitin təmini üçün nəmişliyi ölçmə imkanlarına malikdir.

 

Emil Hüseynov





Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024