12px13px15px17px
Tarix:04/06/19

“Apple” şirkəti “iOS” sisteminin növbəti versiyasını və başqa yeniliklərini təqdim edib

ABŞ-ın “Apple” şirkəti iyunun 3-də San-Xose şəhərində proqramçılar üçün növbəti konfransında proqram təminatı sahəsində yeniliklərini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Apple” şirkəti konfransın gedişində “iPhone” üçün əməliyyat sisteminin (ƏS) növbəti versiyası – “iOS 13” haqqında məlumat verib. Məlumata görə, yeni interfeys “Face ID” texnologiyasının köməyi ilə ekranı 30% daha sürətli blokdan çıxaracaq, yeni ƏS-nin yeniləmələrinin tutumu 60%, proqramların yüklənmə vaxtı isə 50% azalacaq.

 

Şirkətin direktoru Tim Kuk, həmçinin televizorlar üçün “tvOS” əməliyyat sisteminin proqram yeniləməsi haqqında məlumat verib. Yeniləmə sayəsində “Apple Music” proqramında karaoke funksiyası əlçatan olacaq və oyunları coystikin köməyi ilə oynamaq mümkün olacaq.

 

Həmçinin “Apple Watch” smart saatlarında əməliyyat sistemi yenilənib. İndi istifadəçilər displeyin dizaynını tənzimləyə, həmçinin səsli kitabları dinləyə, kalkulyator və diktofondan istifadə edə biləcəklər.

 

“Apple”, həmçinin “iPad” planşeti üçün “iPadOS” adlı xüsusi əməliyyat sistemini təqdim edib.

 

Emil Hüseynov





Baxış sayı: 526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024