12px13px15px17px
Tarix:04/06/19

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ramazan bayramı günlərində əhali fasiləsiz nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə tutulur.

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.
 
Bayram günlərində 1 saylı "Şəbəkə" xidmət mərkəzi saat 9:00-dan 18:00-dək, digər 8 "Şəbəkə" xidmət mərkəzi  saat  10:00-dan 17:00-dək əhaliyə xidmət göstərəcək. 

Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.

Vətəndaşlardan qarşılaşdıqları müvafiq problemlərlə bağlı "1655" nömrəli "Qaynar xətt"lə əlaqə saxlamaları xahiş olunur.

 





Baxış sayı: 2098

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Avqust 2019

17 08 2019

17/08/19
“NVIDIA” və “AutoX” şirkətləri Avropa bazarı üçün avtomatlaşdırılmış taksi hazırlayacaq

2020-ci ilin sonunadək “NVIDIA” qrafik prosessorlar istehsalçısı “AutoX” və “NEVS” şirkətləri ilə 

17/08/19
“iPhone” smartfonunda yeni təhlükəli boşluq aşkar edilib

Hakerlər "Kontaktlar" proqramının köməyi ilə “iPhone” qurğusuna müdaxilə etməyə 

17/08/19
Dəriyə bərkidilən yeni datçiklər istifadəçinin sağlamlıq vəziyyətini izləyir

Stenford Universitetinin mühəndisləri plastır kimi dəriyə yapışan datçiklərin