12px13px15px17px
Tarix:08/06/19

Ən etibarlı smartfonları hansı şirkət buraxır?

"Harris Interactive" şirkəti tədqiqat apararaq "Apple" və "Huawei" smartfonlarının digər brendlərin qurğuları ilə müqayisədə zəmanətli təmirə daha az ehtiyac duyduğunu müəyyənləşdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, "Apple" şirkətinin az təmir tələb edən keyfiyyətli smartfonlar buraxması və "Apple iPhone" modelinin bazarda ən bahalı telefon olması hamıya məlumdur. Lakin bu siyahıya "Huawei" şirkətinin daxil edilməsi isə nümunəvidir.

 

Şirkət müştərilər tərəfindən Avropanın ən böyük "Darty" pərakəndə elektronika satışı şəbəkəsinə 130 050 satışdan sonrakı planlaşdırılmamış müraciəti izləyərək qurğuları adi ikiillik müddət (ABŞ-da zəmanətli xidmətin müddəti 1 il təşkil edir) ərzində minimal zəmanətli təmir tələb edən brendlərin siyahısını tərtib edib.

 

Nəticədə "Huawei" və "Honor" (Huawei şirkətinə məxsus brend), eləcə də "Apple" telefonları zəmanət müddəti ərzində ən az sıradan çıxma ehtimalına malik qurğular kimi xarakterizə olunan istehsalçıların ilk üçlüyünə daxil olub.

 

Nizam Nuriyev





Baxış sayı: 594

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 İyun 2019

15 06 2019