12px13px15px17px
Tarix:10/06/19

Yeni “Microsoft Xbox” konsolunun xüsusiyyətləri açıqlanıb

"Microsoft" şirkəti Los-Ancelesdə keçirilən "E3" oyun sərgisində "Project Scarlett" kod adı ilə hazırlanan yeni nəsil "Xbox" konsolunun texniki xüsusiyyətləri barədə məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "AMD" şirkəti ilə əməkdaşlıq sayəsində ABŞ istehsalçısı yeni oyun konsolunda məhsuldarlıq baxımından "Xbox" tarixində ən böyük irəliləyişə nail olmaq niyyətindədir. Buna "AMD" şirkəti tərəfindən məxsusi olaraq qurğu üçün hazırlanan yeni 7 nanometrlik çip sisteminə ən qabaqcıl komponentlərin (Ryzen 3000 nüvələrinin analoqu Zen 2 hesablama nüvələri və Radeon RX 5700 XT videokartının qrafik sürətləndiricisinin analoqu Navi arxitekturalı qrafik nüvə) daxil olması sayəsində müvəffəq olunacaq.

 

Tərtibatçıların sözlərinə görə, yeni oyun qurğusu "Xbox One X" konsolundan 4 dəfə sürətli olacaq. Konsol "8K" təsvir ölçüsünü, təsvirin yenilənmə tezliyi saniyədə 120 kadr təşkil edən müxtəlif yenilənmə sürətlərini, şüaların real vaxt rejimində istiqamətinin göstərilməsini, "GDDR6" videoyaddaşını, eləcə də SSD toplayıcısını dəstəkləyəcək. Bundan əlavə, "Xbox Scarlett" qurğusunda "Xbox One" konsolu üçün oyunları işə salmaq mümkün olacaq.

 

Xarici görünüşü və qiyməti barədə məlumat verilməyən yeni "Microsoft Xbox" konsolunun 2020-ci ilin sonunda satışa çıxarılması planlaşdırılır.

 

Nizam Nuriyev

 

 





Baxış sayı: 660

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024