12px13px15px17px
Tarix:11/06/19

2019-cu ildə süni intellekt prosessorlarının tədarük həcmi 170% artacaq

Yaxın gələcəkdə süni intellekt elementlərinə malik proqram təminatı ilə işləmək üçün optimallaşdırılmış prosessorların tədarük həcmi sürətlə yüksələcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin qiymətləndirməsinə əsasən, 2019-cu ildə süni intellekt çiplərinin qlobal tədarük həcmi 2018-ci illə müqayisədə 170% artaraq 340 milyonu ötəcək. Gələcəkdə artım davam edəcək: 2023-cü ilədək süni intellekt prosessorlarının tədarük həcmi 1,5 milyarda yaxınlaşacaq.

 

Mütəxəssislərin fikrincə, universal prosessor və qrafik sürətləndiricilərin (GPU) hazırlanması akkumulyatorlarla işləyən mobil qurğuların hesablama imkanlarını xeyli gücləndirib. Lakin belə çipləri neyron şəbəkəsi ilə işləmək üçün mükəmməl platforma adlandırmaq olmaz. Daxili neyron şəbəkəsinə malik ixtisaslaşdırılmış süni intellekt prosessorları adi çiplərlə müqayisədə əməliyyatları daha yaxşı icra edir.

 

Emil Hüseynov





Baxış sayı: 586

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024