12px13px15px17px
Tarix:11/06/19

Əhval-ruhiyyəni idarə edən qurğu yaradılıb (VİDEO)

Yaponiya mühəndisləri əhval-ruhiyyəni idarə edən multisensor qurğu yaradıblar. O, xoş musiqilər səsləndirir, qoxular buraxır və təsvirlər göstərir. Bütün bunlar qurğu sahibinin psixoemosional vəziyyətini idarə etməyə imkan verir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, "Multi Sensory Device XVG-01" adlı qurğu iyunun 11-12-də Çinin Şanxay şəhərində keçirilən "CES Asia 2019" texnoloji sərgisində təqdim ediləcək.

 

Taxta korpus, dairəvi ekran və dəstə ətirli maddələrin buraxılması üçün nəzərdə tutulub.

 

Qiyməti hələlik açıqlanmayan "Multi Sensory Device XVG-01" qurğusunun bu ilin sonunda və ya növbəti ilin əvvəlində satışa çıxarılacağı gözlənilir.

 

Nizam Nuriyev

 

 





Baxış sayı: 538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024