12px13px15px17px
Tarix:11/06/19

“NASA” Beynəlxalq Kosmik Stansiyaya turistlər göndərəcək

ABŞ Kosmik Agentliyi (NASA) turistlərə Beynəlxalq Kosmik Stansiyaya uçmağa imkan verəcək layihəyə start verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, layihə ilə bağlı açıqlama agentliyin yerətrafı orbitdə və Ay ətrafında kommersiya və marketinq imkanlarının genişləndirilməsi üzrə yeni biznes layihəsinin təqdimatı zamanı verilib. Bildirilib ki, ildə hər biri 30 gün olmaqla iki özəl missiyanın həyata keçirilməsinə icazə veriləcək. Bütün həyat təminatı sistemləri nəzərə alınmaqla kosmosa səyahətin minimum sutkalıq qiyməti 35 min dollar təşkil edəcək. Kommersiya uçuşları “Commercial Crew Program” nəqliyyat vasitələrində – “NASA”-nın astronavtların Beynəlxalq Kosmik Stansiyaya çatdırılması üçün özəl pilotlu kosmik gəmilərin inkişafı üzrə çoxmərhələli proqramı ilə yerinə yetiriləcək. Kosmik aparatlardan həm dövlət, həm də özəl astronavtlar istifadə edəcək. Şəxsi mənbələr hesabına maliyyələşdiriləcək qısamüddətli kosmik missiyaların 2020-ci ildə start götürəcəyi gözlənilir.

 

Məlumata görə, indiyədək “NASA” kommersiya proqramı üçün nəqliyyat vasitələrinin hazırlanması məqsədilə “Boeing” və “SpaceX” şirkətlərini cəlb edib. İki aerokosmik nəhəngi nəqliyyat vasitələrini planlaşdırılan sınaqlara hazırlamaq üçün bir neçə ay çalışıb, lakin hər ikisi proses ərzində uğursuzluqla üzləşib. Lakin optimist olan agentlik nümayəndələri əmindir ki, Beynəlxalq Kosmik Stansiyanın kommersiya strukturları üçün açılması Aya planlaşdırılan enişin 2024-cü ildə baş tutmasına görə lazım olan vəsaitləri toplamağa kömək edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 170

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 İyun 2019

15 06 2019