12px13px15px17px
Tarix:11/06/19

“TransCaspian 2019” və “Road & Traffic 2019” sərgilərinin açılışı olub

Bu gün Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "TransCaspian 2019" və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road & Traffic 2019" sərgilərinin açılışı olub.

 

İyunun 13-nə qədər davam edəcək tədbirlərin açılışı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə baş tutub.

 

Sərgi iştirakçılarını salamlayan nazir bildirib ki, son illər ölkə Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və dəstəyi ilə nəqliyyat sahəsində nəhəng regional layihələr həyata keçirilir. Bu layihələr nəqliyyat sektorunun inkişafına, ölkəmizin tranzit potensialının güclənməsinə, nəqliyyat təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Aparılan bu siyasətin əsasını idarəetmənin təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, sağlam rəqabət mühitinin formalaşması təşkil edir.

 

Ramin Quluzadə qeyd edib ki, ölkəmizdə müasir və funksional nəqliyyat sisteminin yaradılması istiqamətində görülən bütün işlər, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, "Logistika və Ticarətin İnkişafı üzrə Strateji Yol Xəritəsi" və qəbul olunmuş digər Dövlət proqramlarına uyğun olaraq həyata keçirilir.

 

Çıxışı zamanı nazir vurğulayıb ki, son illər ərzində ölkəmizdə qeyri-neft sektorunun inkişafına, o cümlədən nəqliyyat sahəsində görülən işlərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycanda innovativ texnologiyalara əsaslanan dayanıqlı nəqliyyat sistemi formalaşdırılır. Bu məqsədlə adıçəkilən sahədə zəruri islahatlar aparılır, idarəetmə təkmilləşdirilir.

 

Sonra nazir Ramin Quluzadə stendlərlə tanış olub.

 

Sərgilərdə yerli startaplara xüsusi diqqət yetirilib. Tədbir çərçivəsində "Yoldaş", "Səyyar biznes avtomobilləri", "Your Trade Way", "Thermonorth", "Cardoctor", "Yolget", "HotelRace" və "Velokuryer" startapları təqdim olunur.

 

Dövlət Dəniz Agentliyi də sərgidə öz stendi ilə iştirak edir. Stenddə agentliyin fəaliyyətini özündə əks etdirən məqamlar qeyd olunub.

 

Tədbir çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) fəaliyyətinə dair "Avtomobil Nəqliyyatı ilə daşımalarda yeni mərhələ" mövzusunda proqnoz layihə sərgi iştirakçılarına təqdim edilib.

 

Təqdimatda bildirilib ki, statistik göstəricilərə əsasən, 2018-ci il ərzində ölkəmizdə avtomobil nəqliyyatı ilə 149 milyon 205 min ton yük, 1 milyard 766 milyon 470 min nəfər sərnişin daşınıb. Ölkə üzrə bütün nəqliyyat növləri ilə daşınan yüklərin (boru nəqliyyatı da daxil olmaqla) təxminən 65%-i, daşınan sərnişinlərin isə təxminən 88%-i avtomobil nəqliyyatının payına düşüb.

 

Qeyd olunub ki, ölkəmizdə avtovağzal və avtostansiya şəbəkəsinin genişləndirilməsi, mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görülür.

 

Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə burada yenidənqurma işləri həyata keçirilib və cari ilin 15 aprel tarixində müasir tələblərə cavab verən MDB məkanında ən iri Nəqliyyat Qovşağı istifadəyə verilib. Bu tədbirlərin davamı kimi, tezliklə Lökbatan qəsəbəsində yeni avtostansiyanın da istifadəyə verilməsi nəzərdə tutulub.

 

Sərgidə Nəqliyyat Qovşağının əvvəlki və hazırkı görüntülərindən ibarət videorolik ziyarətçilərə təqdim olunub.

 

Bundan əlavə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin funksionallıq baxımından daha zəngin, eyni zamanda daha çox məlumatın əks olunduğu yeni saytının təqdimatı da keçirilib. Saytdan istifadə qaydaları və sərnişinlər üçün çox böyük əhəmiyyət kəsb edən "Onlayn" bilet satışı prosesini əks etdirən videoçarx nümayiş olunub.

 

Saytla yanaşı, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Android" və "İOS" istifadələri üçün nəzərdə tutulan mobil tətbiqi də sərgidə təqdim edilib.

 

Sərgilər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, "Caspian Event Organisers" şirkətinin təşkilatçılığı ilə keçirilir.

 

Bu il tədbirə "TransCaspian" və "Road & Traffic" sərgisi ilə birlikdə 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçılar qatılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





Baxış sayı: 355

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Avqust 2019

17 08 2019

17/08/19
“NVIDIA” və “AutoX” şirkətləri Avropa bazarı üçün avtomatlaşdırılmış taksi hazırlayacaq

2020-ci ilin sonunadək “NVIDIA” qrafik prosessorlar istehsalçısı “AutoX” və “NEVS” şirkətləri ilə 

17/08/19
“iPhone” smartfonunda yeni təhlükəli boşluq aşkar edilib

Hakerlər "Kontaktlar" proqramının köməyi ilə “iPhone” qurğusuna müdaxilə etməyə 

17/08/19
Dəriyə bərkidilən yeni datçiklər istifadəçinin sağlamlıq vəziyyətini izləyir

Stenford Universitetinin mühəndisləri plastır kimi dəriyə yapışan datçiklərin