12px13px15px17px
Tarix:19/06/19

Yeni Zelandiyada dronlar təyyarələrə texniki xidmət göstərəcəklər

“Air New Zealand” aviaşirkəti pilotsuz uçan aparatlar vasitəsilə uçuşdan əvvəl təyyarələrin texniki vəziyyətini yoxlamaq niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, Yeni Zelandiya aviadaşıyıcısı və Sinqapur konserni təyyarəyə texniki xidmətin göstərilməsi üçün pilotsuz uçan aparatın birgə sınaqlarını keçirir. Sistem “DroScan” adlanır.

 

Bildirilir ki, yenilik uçuşdan əvvəl yoxlama vaxtını 6 saatdan 1 saatadək azaltmağa imkan verəcək. Bir neçə dron təyyarənin əlçatmaz yerlərinin şəkillərini çəkmək məqsədilə birgə işləyəcək. Xüsusi proqram informasiyanı emal edərək nöqsanları müəyyənləşdirdikdən sonra aeroport işçiləri əldə olunan məlumatlar əsasında təmirin aparılması ilə bağlı qərar qəbul edəcəklər.

 

Eksperiment pilotsuz uçuş aparatlarının tətbiqinin insana gələcəkdə təyyarələrin təmiri işlərinin aparılması üçün xərcləri azaltmağa kömək edəcəyini nümayiş etdirib.

 

Nizam Nuriyev





Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024