12px13px15px17px
Tarix:19/06/19

2025-ci ildə dünyada internetə qoşulmuş “Əşyalar interneti” qurğularının sayı 41,6 milyard təşkil edəcək

İnternetə qoşulmuş qurğuların sayı çox sürətlə artır. “IDC” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2025-ci ildə dünyada internetə qoşulmuş təxminən 41,6 milyard “Əşyalar interneti” qurğusu qeydə alınacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, eyni zamanda bu qurğular tərəfindən generasiya edilən məlumatların həcmi artır. “IDC” analitik şirkəti hesab edir ki, 2018-dən 2025-ci ilədək ümumi “IoT”-trafikin həcmi orta hesabla 28,7% artacaq. Yuxarıda göstərilən dövrün sonunda “Əşyalar interneti” qurğuları 79,4 zettabayt həcmində məlumat (zettabayt – 1 milyard terrabayt) generasiya edəcək.

 

Trafikin əsas hissəsi müşahidə kameraları vasitəsilə çəkilmiş video məlumatların payına düşəcək.

 

Emil Hüseynov





Baxış sayı: 531

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024