12px13px15px17px
Tarix:21/06/19

Banklar rəqəmli texnologiyalara nə qədər xərcləyib?

Beynəlxalq banklar informasiya texnologiyalarının tətbiqinə son üç ildə təxminən 1 trilyon dollar sərf ediblər. Bu barədə konsaltinq "Accenture Plc" şirkətinin tədqiqatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, 161 iri pərakəndə və kommersiya bankının yalnız 19-u böyük dəyişikliklərə imkan verən rəqəmli strategiyalara lazımi diqqət yetirir.

 

İyirmi bir ölkədə fəaliyyət göstərən bu maliyyə təşkilatları 2011-ci ildə eyni kapital gəliri (return on equity, ROE) göstəricisi ilə xarakterizə olunub.

 

Texnologiyaların tətbiqi üçün xərclərin 1 trilyon dollar məbləğində qiymətləndirilməsi bütün dünyanın pərakəndə və kommersiya banklarının investisiyalarını əhatə edir və daxili və kənar aparat vasitələri, proqram təminatı, xidmətlər və İT heyəti xərclərini özündə birləşdirir.

 

Nyu-Yorkda yerləşən ABŞ-ın iri "JPMorgan Chase" bankı texnologiyalara xərclərin həcminə görə maliyyə müəssisələri arasında liderdir. Fevralda şirkət cari ildə texnologiyalar üçün xərclər büdcəsinin 600 milyon dollar artırılaraq 11,4 milyard dollara çatdırılmasının planlaşdırıldığını açıqlayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 499

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024