12px13px15px17px
Tarix:22/06/19

“Huawei” yeni qabaqcıl planşetlərini təqdim edib

“Huawei” şirkəti “MediaPad M6” yeni qabaqcıl planşetinin 8,4 və 10,8 düym diaqonala malik iki versiyasını təqdim edib. Hər iki versiyada displeyin təsvir ölçüsü 2048x1080 pikseldir. Akkumulyator batareyasının tutumu müvafiq olaraq 6100 və 7500 milliamper/saat təşkil edir. İki qurğu arasında fərq yalnız batareyanın tutumundadır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, hər iki planşet “Kirin 980” qabaqcıl prosessoru, 4 QB əməli yaddaş və 64/128  QB fləş yaddaşla təchiz edilib. Həmçinin “microSD”  yaddaş kartı üçün slot, qulaqlıqlar üçün “USB Type-C” portu və 4G-modul var.
 
Sözügedən planşetlərdə səs “Harman/Kardon” dinamikləri tərəfindən, təhlükəsizlik isə “Home” aparat düyməsinə inteqrasiya edilmiş barmaq izləri skaneri tərəfindən təmin edilir. Əsas kameranın təsvir ölçüsü 13 meqapiksel, ön kamerada isə 8 meqapikseldir.
 
8,4 düymlük versiyanın qiyməti 291-393 dollar, 10,8 düymlük versiyanın qiyməti isə 335-508 dollardır.
 
Emil Hüseynov



Baxış sayı: 946

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024