12px13px15px17px
Tarix:24/06/19

“Raspberry Pi” minikompüterinin yeni modeli təqdim olunub

Böyük Britaniyanın "Raspberry Pi Foundation" şirkəti populyar "Raspberry Pi" birplatalı minikompüterinin dördüncü versiyasını təqdim edib. "Raspberry Pi 4 Model B" adlı yeni qurğunun qeyri-adiliyi istehsal xətti tarixində ən məhsuldar proqram təminatına malik olmasındadır. İstehsalçı nümayəndələrinin sözlərinə görə, 35 dollarlıq minikompüter bir sıra hallarda, o cümlədən "4K" formatlı videonun göstərilməsində ənənəvi fərdi kompüteri əvəz edəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Raspberry Pi 4" modelinin əsasını dörd "ARM Cortex-A72" nüvəsinə malik "Broadcom BCM2711" prosessoru və 1,5 QHs takt tezlikli mərkəzi prosessor (CPU) təşkil edir. Operativ yaddaş tutumu konfiqurasiyadan asılı olaraq 4 giqabayta bərabərdir. "Raspbian" əməliyyat sisteminin idarəetməsi ilə işləyən mikrokompüter iki "micro-HDMI", iki "USB 3.0 Type-A" və iki "USB 2.0 Type-A" portu ilə təchiz olunub.

 

Spesifikasiyaya görə, H.265 aparat dekodlamasını dəstəkləyən yeni qurğu "4K" təsvir ölçülü videonu kənar displeydə saniyədə 60 kadr yeniləmə tezliyi (iki 4K monitorun qoşulması zamanı 30 fps) ilə göstərə bilir. "Raspberry Pi 4 Model" minikompüterinin interfeyslər siyahısına 1 giqabitlik "Ethernet" portu ilə yanaşı, "Bluetooth 5.0" və ikidiapazonlu "Wi-Fi 802.11ac" daxildir.

 

Minikompüterin dördüncü versiyasının başlanğıc qiyməti 35 dollar (1 giqabaytlıq operativ yaddaşla təchiz edilən versiya) təşkil edir. 2 giqabaytlıq operativ yaddaşa malik modifikasiyanın qiyməti 45 dollar, 4 giqabaytlığın isə 55 dollar arasında dəyişir.

 

Qeyd edək ki, qutu şəklində olan, en və uzunluq ölçüsünə görə vizit kartına bərabər "Raspberry Pi" birplatalı kompüter olmaqla 700 MHs tezliyində işləyən "ARM1176JZF-S" prosessor, "Full HD" təsvir ölçüsünü dəstəkləyən "VideoCore IV" videosürətləndirici və 256 MB operativ yaddaşa malik "Broadcom BCM2835" sistemli çip (SoC) üzərində yığılıb. Qurğu monitora qoşulmaq üçün videoçıxış və "HDMI", eləcə də qulaqcıq və ya masaüstü audiosistemin qoşulması üçün 3,5 millimetrlik çıxışla təchiz edilib.

 

Kompüter uşaqlar üçün proqramlaşdırmanın tədrisi məqsədilə nəzərdə tutulsa da, digər sahələrdə populyarlıq qazanıb və onun əsasında media mərkəzləri hazırlanıb.

 

İlk "Raspberry" minikompüter modeli – "Model B" 2012-ci ilin fevralında buraxılıb və milyonlarla tirajla satılıb.

 

Nizam Nuriyev





Baxış sayı: 132

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

04/06/20
“SpaceX” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə çıxarıb

“Falcon 9” raketdaşıyıcısı “Starlink” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə

04/06/20
“Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO-nun təşəbbüsü və dəstəyi, 

04/06/20
“Apple” şirkəti ABŞ-da etirazlar zamanı oğurlanmış “iPhone” smartfonlarını bloklayıb

“Apple” şirkəti ABŞ-da iğtişaşlar zamanı soyğunçular tərəfindən oğurlanmış smartfonları bloklayır. Bu haq

04/06/20
“Zoom” müxtəlif ölkələrin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb

“Zoom” müxtəlif ölkələrdə təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Şirkətin əsas

04/06/20
Yeni “Nokia” televizoru nümayiş olunub

Bu gün 43 düym diaqonallı yeni “Nokia Smart TV” modelinin təqdimatı keçirilib.

04/06/20
“Lenovo Chromebook Flex 3i” noutbukunun ekranı 360 dərəcə dönür

“Lenovo” şirkəti “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Chromebook Flex 3i” adlı

04/06/20
“Samsung” şirkəti “5G” dəstəkli smartfonlar üçün yeni “OLED” ekran təqdim edib

“Samsung Display” şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrini (5G) dəstəkləyən smartfo

04/06/20
“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub

Hələ 2015-ci ildə təqdim edilmiş “Microsoft Edge” brauzeri uzun müddət “Internet Explorer”in yeni tərtiba

04/06/20
“Samsung Galaxy Note 20 Ultra” modelinin ilk fotoşəkilləri dərc edilib

“SM-N986U” model nömrəli “Samsung” smartfonu bu yaxınlarda “Bluetooth SIG” təşkilatında sertifikasiyada

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.