12px13px15px17px
Tarix:25/06/19

NASA Günəşə iki yeni missiya göndərəcək

ABŞ Kosmik Agentliyi (NASA) Günəşə iki yeni missiya göndərəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, 280 milyon dollar dəyərində layihə ekstremal kosmik havanı öyrənəcək və Yer kürəsini güclü Günəş partlayışlarından qorumağa kömək edəcək.

 

"PUNCH" (Polarimeter to Unify the Corona and Heliosphere) adlı proqramın məqsədi Günəş partlayışlarının Yerin maqnit sahəsinə, astronavtların təhlükəsizliyinə, Yerdə radiorabitəyə, GPS siqnallarına və elektrik təchizatı şəbəkələrinə təsirini müəyyənləşdirməkdən ibarətdir. Missiya diqqəti Günəş atmosferinin kənarına (Günəş haləsi) yönəldəcək. "TRACERS" (Tandem Reconnection and Cusp Electrodynamics Reconnaissance Satellites) adlanan ikinci missiya planetin maqnit sahəsinin xətlərinin aşağı əyildiyi Yer kürəsinin qütbünü əhatə edən maqnit çıxıntısının şimal sahəsində hissəcik və meydançaları müşahidə edəcək.

 

Günəş kosmosda kosmik hava adlanan dinamik şüalanma sistemi yaradan çoxlu Günəş küləyini generasiya edir. Günəş küləyi Yerdə insanlar üçün təhlükə törətməsə də, kosmonavt və kosmik gəmilər üçün təhdid yarada bilər. Tədqiqatçıların fikrincə, güclü Günəş küləyi axını müəyyən müddətə Yerdə elektrik şəbəkələrini sıradan çıxara, eləcə də peyk və yerüstü texnologiyaların fəaliyyətini poza bilər. Avtonom işə yüksək hazırlıq səviyyəsi ilə seçilən iki yeni missiyanın 2022-ci ilin avqustunda buraxılması planlaşdırılır.

 

Nizam Nuriyev

 

 





Baxış sayı: 519

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024