12px13px15px17px
Tarix:16/11/11

Naxçıvanda yeni poçt şöbələrində bank xidməti də fəaliyyət göstərəcək

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı və Yuxarı Qışlaq kəndlərində yeni elektron ATS və poçt bölməsi istifadəyə verilib. Rabitə evləri yeni istifadəyə verilmiş kənd mərkəzlərinin binasında yerləşir.

Aşağı Qışlaq kəndində “Rabitə evi”ndə quraşdırılan 224 nömrəlik yeni ATS Aşağı Qışlaq kəndindən 133, Yuxarı Qışlaq kəndindən isə 80 olmaqla cəmi 213 abonentə xidmət göstərir.

Yeni elektron ATS-in istifadəyə verilməsi kənd sakinlərinin multimedia xidmətlərindən istifadəsinə də şərait yaradacaq. Yeni yaradılmış poçt bölmələrində məktub, faks və teleqramların qəbulu və göndərişi, gündəlik qəzetlərin, danışıq və internet kartlarının satışı təşkil olunub. Poçt bölmələrində bank xidmətləri də fəaliyyət göstərəcək.



Baxış sayı: 1936

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024