12px13px15px17px
Tarix:01/07/19

Dezoksiribinuklein turşusu ardıcıllığından istifadə edən yığcam daşıyıcı təqdim edilib

Amerikalı mühəndislər fləş yaddaş əvəzinə dezoksiribinuklein turşusu ardıcıllığından istifadə edən yığcam daşıyıcı təqdim ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Catalog” startapı tərəfindən keçirilmiş sınaqda entuziastlar ümumi tutumu 16 QB təşkil edən "Vikipediya"nın bütün səhifələrini DNT-nin sintetik saplarından hazırlanmış xüsusi "fləş karta" yerləşdiriblər. Yeniliyin ölçüsü analoqlarla müqayisədə kiçik olsa da,  daha etibarlıdır: min il bundan əvvəl ölmüş heyvanların DNT-si bu günə kimi "oxunaqlığını" qoruyub saxlayır.
 
Mütəxəssislər molekulyar zondların köməyi ilə DNT ardıcıllığının istənilən hissəsindən informasiyanı oxuya bilərlər. "Diskə" yazma sürəti 4 MB/s təşkil edir, layihə müəllifləri gələcəkdə bu göstəricini 3 dəfə artırmağı və gün ərzində fləş karta 125 QB-dək məlumat yazmağı planlaşdırırlar.
 
Emil Hüseynov




Baxış sayı: 812

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024