12px13px15px17px
Tarix:03/07/19

“XIDU Tour Pro 12.5” noutbuku təqdim olunub

Texnoloji sektorda populyarlıq qazanan Çinin “XIDU” brendi “Tour Pro 12.5” noutbukunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, “Philbook Max” və “Yoga Philbook” modellərindən sonra buraxılan “XIDU Tour Pro 12.5” noutbuku 8 nəsil “Intel Celeron” çipi ilə tədarük edilir. Bu, hazırda 14 nanometrlik texnoloji proses üzrə hazırlanan ən mükəmməl “Intel” prosessorudur. Yeni noutbuk 8 giqabaytlıq operativ, 128 giqabaytlıq quraşdırılmış və 520 giqabaytadək genişləndirmə imkanı ilə təchiz edilib. Bundan başqa, quraşdırılmış ventilyatorlar qurğuya qızmağa imkan verməyərək maksimum sürətdə uzun müddət işləməni təmin edir.
 
16,6 mm qalınlıq və 1 kiloqramlıq çəki sayəsində noutbuk səyahətdə, işdə və ya məktəbdə ideal qurğuya çevriləcək. İşıqlandırmaya malik erqonomik klaviatura da istifadə rahatlığını artırır ki, bu da hətta qaranlıqda çapa imkan verir.
 
Noutbuk toxunuş (Multitouch) dəstəkli 12,5 düym diaqonallı “2K IPS” sensor ekranla təchiz olunub. Perimetr üzrə çərçivənin eni 4,9 mm təşkil edir. Ekran noutbukun üst qapağının 80 faizini əhatə edir.
 
Bundan əlavə, qurğunun 180 dərəcə açılması ondan planşet kimi istifadəyə imkan verir.
 
Nizam Nuriyev




Baxış sayı: 851

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024