12px13px15px17px
Tarix:04/07/19

Süni intellekt və kompüter təlimi dünyanın texnoloji yenilikləri siyahısında liderdir

Dünya İqtisadi Forumu 2019-cu ildə ən perspektivli texnologiyaların hazırlanması ilə məşğul olan 56 şirkətdən ibarət siyahı dərc edib. Şirkətlərin əksəriyyəti süni intellekt və kompüter təlimi sahəsində fəaliyyət göstərir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Hightech.www.hightech.fm" resursuna istinadən yazır ki, bununla yanaşı, onların çoxu süni intellektin birbaşa inkişafı ilə deyil, bu texnologiyanın digər sahələrdə – "ağıllı" şəhərlər, kibertəhlükəsizlik, ekoloji materiallar, dron və istehsalatda istifadəsi ilə məşğuldur.
 
Siyahıda yer alan bütün şirkətlər Davos Dünya İqtisadi Forumuna dəvət ediləcək. Bu, onlara dünya siyasətçilərinə və böyük sərmayədarlara çıxış əldə etməyə, eləcə də müxtəlif ölkələrdə lazımi tərəfdaşlar tapmağa imkan verəcək.  
 
Siyahıya daxil olan şirkətlər arasında internet vasitəsilə 189 ölkədə 140 dildə pulsuz anonim psixoloji yardım göstərən "7 cups" psixoloji kömək servisi, "Airobotics" dron istehsalçısı, müəssisələrdə məxfi və ya şəxsi informasiyanın sızması hallarının axtarışı ilə məşğul olan "BigID" şirkəti sadalanır.
 
Bundan başqa, Dünya İqtisadi Forumunun reytinqinə süni intellektdən məlumatların analitikası üçün istifadə edən "CyberCube" sığorta şirkəti, "DabaDoc" tibb korporasiyası, dördüncü sənaye inqilabı (Industry 4.0) üçün dünyanın aparıcı "DataProphet" süni intellekt tədarükçüsü, eləcə də korporativ məlumatların rəqəmləşdirilməsi üçün "bulud" platforması yaradan "Descartes Labs" daxil olub.  
 
Nizam Nuriyev




Baxış sayı: 1140

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024