12px13px15px17px
Tarix:04/07/19

Yapon avtomobil istehsalçıları avtonom avtomobillərin yaradılması üçün birləşib

Yaponiyanın “Monet” şirkəti (Toyota Motor və SoftBank birgə müəssisəsi) avtonom sistemlərin birgə hazırlanması məqsədilə ölkənin 5 iri (Mazda, Subaru, Suzuki, Isuzu və Daihatsu) avtomobil istehsalçısı ilə birləşib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, əməkdaşlığın məqsədi sürücüsüz avtomobillər üçün texnologiyaların təkmilləşdirilməsi və yeni xidmətlərin hazırlanması olacaq.
 
“Toyota” artıq növbəti ildə Cənub-Şərqi Asiya bazarı üçün sürücüsüz avtomobilin baza versiyasını ərsəyə gətirməyə hazırlaşır. 2021-ci ilədək ilk avtonom minik avtomobilləri və avtobuslarının Yaponiyada istifadəyə veriləcəyi gözlənilir. Sürücüsüz nəqliyyat vasitələrinin “Toyota” şirkətinin 2018-ci ildə “CES” sərgisində nümayiş etdirdiyi “e-Palette” miniavtobusunun bazasında yaradılacağı ehtimal olunur.
 
Yaponiyanın nəhəng avtomobil istehsalçılarının birgə fəaliyyəti avtonom avtomobillər üçün həm proqram, həm də aparat təminatının hazırlanması üzərində işi nəzərdə tutur.  
 
Nizam Nuriyev




Baxış sayı: 381

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024