12px13px15px17px
Tarix:04/07/19

Mobil proqramların satışı 15 faiz artıb

İstifadəçilərin “iOS” və “Android” sistemləri üçün oyun və proqramların alışına xərcləri artmaqda davam edir. Bu barədə mobil əlavələrin satışının effektivliyinin analizi üçün platforma təqdim edən “Sensor Tower” şirkətinin “Apple App Store” və “Google Play” kataloqlarında xərclər üzrə statistikasında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, cari ilin birinci yarısında “App Store” və “Google Play” mağazalarında əlavələrin satışından ümumi mədaxil 39,7 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlin 34,4 milyard dollarlıq nəticəsindən 15,4 faiz çoxdur.
 
“App Store” əlavələr üçün istehlak xərcləri baxımından hələ də “Google Play” mağazasını üstələyir. 2019-cu ilin yanvar-iyununda “iOS” qurğu istifadəçiləri “Apple” əlavələr mağazasında 25,5 milyard dollar xərcləyiblər.
 
“App Store” mağazasının göstəricisi “Google Play”in ehtimal edilən mədaxilini 80 faiz geridə qoyub. Bu ilin birinci yarısında mədaxil 14,2 milyard dollar olub ki, bu da 2018-ci ilə nisbətdə  19,6 faizlik artımdan xəbər verir.
 
Tədqiqatda, həmçinin mobil əlavələrin quraşdırılması üzrə statistika təqdim olunub. “iOS” proqramlarında azalma qeydə alınıb ki, buna da səbəb kimi Çin bazarı göstərilir. Hesabat dövründə “App Store”da 14,8 milyard əlavə yüklənilib. “Google Play”in nəticəsi 2,8 dəfə çox olmaqla 41,9 milyard təşkil edib. “iOS” və “Android” sistemlərinin idarəetməsi ilə işləyən qurğulara ümumilikdə 56,7 milyard oyun və proqram quraşdırılıb.
 
Bir il əvvəl olduğu kimi, bu ilin ilk yarısında ən çox yüklənilən əlavələr siyahısına “WhatsApp”, “Messenger” və “Facebook” başçılıq edir. Lakin sonra rokirovka baş verib: “Tik Tok” qısa videolar servisi dördüncü pilləyə yüksələrək “Instagram”ı beşinci yerə sıxışdırıb.
 
Mobil oyunlar üzrə statistika ayrıca təqdim edilib. Hesabat dövründə “App Store” və “Google Play” mağazalarında onların satışından mədaxil 11,3 faiz artaraq 29,6 milyard dollara çatıb. “iOS” üçün proqramların payı 17,6 milyard dollara bərabər olub, “Android” üçün oyunların töhfəsi isə 12 milyard dollar təşkil edib. Ən çox yüklənilən oyunlar beşliyində “Honor of Kings”, “Fate/Grand Order”, “Monster Strike”, “Candy Crush Saga” və “PUBG Mobile” yer alıb.
 
Nizam Nuriyev




Baxış sayı: 386

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Yanvar 2020

21/01/20
“6G” rabitə standartının istifadəyə verilmə tarixi açıqlanıb

Yaponiya altıncı nəsil texnologiyasının istifadə tarixini açıqlayıb. Mütəxəssislərin fikrincə, 2030-cu il

21/01/20
Artırılmış reallığa malik ilk linzalar təqdim edilib

“Mojo Vision” startapı artırılmış reallığa malik ilk linzaları təqdim edib. Mühəndislər qeyd ediblər ki,

21/01/20
“WhatsApp” messencerinin yüklənmə sayı 5 milyardı ötüb

“Google Play” internet mağazasında “WhatsApp” messencerinin yüklənmə sayı 5 milyardı ötüb.

21/01/20
“Internet Explorer” brauzeri istifadə üçün təhlükəlidir

Çinin “Qihoo 360” təhlükəsizlik üzrə tədqiqat qrupu “Internet Explorer” brauzerində yaddaşın email mexa

21/01/20
“Amazon” əlin içi ilə ödəniş etməyə imkan verəcək

“Amazon” şirkəti bir toxunuşla edilən ödənişləri yeni səviyyəyə qaldırmaq istəyir.

21/01/20
“Samsung” şirkətinin smartfon bölməsinin rəhbəri dəyişib

“Samsung” şirkətində smartfonlar, daşınan elektronika və servislər daxil olmaqla mobil biznesin inkişafın

21/01/20
Ən ucuz “Nokia” smartfonunun texniki xüsusiyyətləri məlum olub

İnternetdə “Nokia” şirkətinin buraxacağı ən ucuz smartfonun texniki xüsusiyyətləri dərc edilib. 

21/01/20
“iOS” sistemində geolokasiya funksiyasını tam söndürmək mümkün olub

“Apple” şirkəti mobil əməliyyat sistemində geolokasiya funksiyasını tam söndürməyə imkan yaradıb. Müvafiq

20 01 2020