12px13px15px17px
Tarix:16/11/11

Haker hücumlarının sayı artıb

"Kasperski laboratoriyası" 2011-ci ilin üçüncü rübündə informasiya təhlükələrinin icmalını dərc edib. Analitiklər qeyd edirlər ki, bu dövrdə dünyanın ən böyük korporasiyalarına kiberhücumların sayı artıb. Bəzi şirkətlər, hətta haker hücumları nəticəsində biznesi tərk etməli olublar.

Keçən rüb ərzində kibercinayətkarlar qəti olaraq öz seçimlərini “Android” platformasına doğru ediblər, hansı ki hal-hazırda bu əməliyyat sistemi virusların sayına görə liderlik edir. 2011-ci ilin üçüncü rübündə “Anonymous” haker qrupu tərəfindən edilmiş yeni hücumlar haqqında məlum olub.

İtaliya kiberpolisi, ABŞ-ın bir sıra polis bölmələri, Federal Təhlükəsizlik Bürosunun (FTB) şirkət-podratçıları haker hədəflərinə tuş gəliblər. Haker qurbanları siyahısında, həmçinin, müdafiə sənayesi sektoru şirkətləri “Mitsubishi Heavy İndustries” və “Vanguard Defense” də olub.

2011-ci ilin iyul ayında hakerlər “DigiNotar” sertifikat mərkəzinin serverlərini qırıblar. Nəticədə kibercinayətkarlar 531 saxta sertifikat çıxarmış və saytlara giriş əldə etmişdilər.

Saxta sertifikatlar sayəsində hakerlər, hətta saytlar şifrlənmiş əlaqələrdən istifadə etsələr belə onlara giriş əldə edə bilərdilər. Kibercinayətkarların hədəfi olmuş resurslar arasında müxtəlif ölkələrin dövlət orqanları, həmçinin, ən böyük internet xidmətləri “Google”, “Yahoo”, “Tor”, “Mozilla” da olublar. İstifadəçilər, həmçinin, ehtiyatlı olmalıdırlar .

Mobil qurğular üçün ziyanverici proqram təminatları çox yüksək templərlə artır. “Android” əməliyyat sistemi üçüncü rübdə virusların sayına görə lider mövqedə qəti olaraq möhkəmlənib. Qeyd edək ki, hakerlər bu rübdə köhnə metodları işə salıblar.

Belə ki, hakerlər başa düşüblər ki, əməliyyat sisteminin müasir müdafiə səviyyəsi kompyuter sisteminə rutkit quraşdırmağa praktik olaraq şans vermir. Belə olduqda isə virus hazırlayanlar öz "yaratdıqlarını" əməliyyat sisteminin açılmasına qədər, “BİOS” vasitəsilə birbaşa yükləmək üsulundan istifadə ediblər.

Hərçənd ki, səs-küyə səbəb olmuş "Çernobıl" virusunun yaradılması anından 10 ildən çox bir müddət keçib, hal-hazırda bu metod (virusun kompyuteri BIOS vasitəsilə yoluxdurması üsulu) yenidən aktuallaşıb.



Baxış sayı: 1388

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024