12px13px15px17px
Tarix:05/07/19

“Google” şirkəti “Android” və “Chrome”un düyməli telefonlar üçün versiyasını hazırlayır

“Google” şirkəti cari ilin əvvəlindən sensor ekransız düyməli telefonlar və inkişaf etməkdə olan ölkələrdə populyar olan “Kai OS” sistemi ilə rəqabət aparmaq üçün nəzərdə tutulmuş “Android” və “Chrome” brauzerinin versiyaları üzərində işləyir. “9to5google.com” nəşri düyməli telefonlar üçün nəzərdə tutulmuş “Google” brauzerini sınaqdan keçirməyə müvəffəq olublar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, müvafiq kod “Chromium” layihəsinin bazasında aşkar edilib. Bu layihə eyni adlı brauzer mühərrikinin hazırlanmasını nəzərdə tutur. Proqramçılardan biri kodu kompilyasiya edərək onu yoxlamaq üçün jurnalistlərə təqdim edib.
 
Emil Hüseynov





Baxış sayı: 785

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024