12px13px15px17px
Tarix:05/07/19

ABŞ ordusu əlavə reallıq eynəyindən istifadə edəcək

ABŞ Quru Qoşunları “The Integrated Visual Augmentation System” (IVAS – inteqrasiya edilmiş təkmilləşdirilmiş vizual müşahidə sistemi) sisteminin sınaqlarını keçirir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, eynək şəklində olan sistem hərbi qulluqçular üçün sintetik təlim mühiti yaratmağa imkan verən yüksək texnologiyalı qurğudur. O, məşqlərin xüsusi tədris mərkəzində keçirilməsi zəruriyyətini aradan qaldırır.
 
Mövcud vəziyyət, bina və ya ərazinin relyefi üzərinə, məsələn, terrorçu təşkilatların nümayəndələri şəklində əlavə informasiya yerləşdirilir. İstifadəçi rəylərinə görə, bu, “Call of Duty” üslubunda olan kompüter oyununa çox bənzəyir. Əlavə təsvir reallığa yaxın görünür.
 
Məşqlər aparıldıqdan sonra komandirlər “IVAS” tərəfindən qeydə alınan informasiya əsasında hərbçilərin səhvlərini və onların aradan qaldırılma yollarını nümayiş etdirə bilərlər. Sistem, həmçinin döyüş şəraitində istifadə oluna bilər. Bunun üçün operator silahının nişangahı eynəyə proyeksiya edilir. Eynəyin displeyinə, məsələn, sistemdən istifadə edən hərbçinin, eləcə də düşmənin harada olması barədə dinamik qeydlər daxil edilir.
 
ABŞ Müdafiə Nazirliyi və “Microsoft” şirkəti arasında “IVAS” sisteminə dair saziş 2018-ci ilin noyabrında imzalanıb. Sazişin ümumi məbləği 480 milyon dollar təşkil edir.
 
Nizam Nuriyev




Baxış sayı: 1113

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024