12px13px15px17px
Tarix:05/07/19

Məlumat Hesablama Mərkəzi – 45 il sizinlə

Bu gün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) təsis olunmasından 45 il ötür.

Fəaliyyətə başladığı tarixdən – 5 iyul 1974-cü ildən indiyə qədər qət olunan uzun zaman kəsiminə nəzər salsaq görərik ki, peşəkar kadr potensialına malik MHM kifayət qədər nailiyyətlər əldə edib. Bu gün də əminliklə qeyd etmək olar ki, MHM ölkənin İKT sahəsində qabaqcıl və inkişaf edən müəssisələrindən birinə çevrilib.

Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, həmçinin elektron idarəçiliyin qurulmasında MHM-in müstəsna rolu var. Belə ki, ölkədə "Elektron hökumət" quruculuğunun bünövrəsi məhz Məlumat Hesablama Mərkəzində çalışan yerli mütəxəssislər tərəfindən qoyulub.

MHM, həmçinin ölkədə elektron imza üçün Milli Sertifikat Xidmətləri Mərkəzinin (kök mərkəzi) fəaliyyətini qanunvericiliyə əsasən təmin edən müəssisədir. Hazırda Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumlarına, hüquqi şəxslərə, sahibkarlara və vətəndaşlara elektron imza verilir. Həmçinin, elektron imzanın qarşılıqlı tanınması istiqamətində işlər görülüb. Artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron imzanın qarşılıqlı tanınması üçün Türkiyə, Belarus, İran, Qətər və Ukraynanın müvafiq strukturları ilə danışıqlar aparır. Bu baxımdan ölkədə elektron xidmətlərin və elektron kommersiyanın inkişafı üzrə işlər aparılır və eIDAS, e-kommersiya və sair sahələrdə standartlar hazırlanır.

Hazırda Məlumat Hesablama Mərkəzi ölkəmizin elektronlaşdırılması, virtual sferada mövqeyimizin möhkəmləndirilməsi, yüksək texnologiyaların tədqiqi və tətbiqi, informasiya texnologiyaları sahəsində Azərbaycanın baza və kadr baxımından potensialının gücləndirilməsi kimi strateji hədəflərə doğru inamla irəliləyir.

İndiyədək MHM bir çox uğurlara imza atıb. Müəssisə tərəfindən icra edilən və cəmiyyətə fayda verən bir çox sosial yönümlü layihələr ölkə ictimaiyyətinin və media nümayəndələrinin diqqətini dəfələrlə cəlb edib. Onların arasında hətta beynəlxalq miqyasda uğur qazanan layihələr də az deyil. Misal olaraq, bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti"ndə "Çempion layihə" mükafatına layiq görülən "Danışan kitabxana" layihəsini göstərmək olar. Sözügedən layihə Heydər Əliyev Fondunun dəstəyi ilə Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb və "Made in Azerbaijan" brendi altında beynəlxalq müsabiqəyə təqdim olunub.

MHM-in əsas fəaliyyət sahəsi informasiya texnologiyalarının, demək olar, bütün istiqamətlərini əhatə edir.
Mərkəzdə ölkə əhəmiyyətli layihələrin icra edilməsi ilə yanaşı, İKT sahəsində milli kadrların yetişdirilməsi də hər zaman prioritet olub.

İllərin təcrübəsi və peşəkarlıq sayəsində "Microsoft" şirkətinin Gümüş tərəfdaşı olan Məlumat Hesablama Mərkəzi ISO 9001:2015 və ISO 27001:2013 (ISO 27001:2005-2014) beynəlxalq keyfiyyət sertifikatlarına malikdir. Bu, mərkəzin əhəmiyyətli layihələrdə iştirakında mühüm əhəmiyyət kəsb edir.

Məlumat Hesablama Mərkəzi qarşısına qoyduğu məqsədlərə doğru sürətlə irəliləməklə İKT sahəsinin öncülləri sırasındakı mövqeyini daha da möhkəmləndirəcəyinə əmindir.





Baxış sayı: 218

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 İyul 2020

15/07/20
“iPhone SE” modelindən ucuz smartfon buraxılacaq

ABŞ-ın “Apple” şirkəti yeni “iPhone SE” modelindən ucuz olacaq smartfon buraxmaq niyyətindədir. Bu barədə

15/07/20
Britaniya “5G” şəbəkəsinin qurulmasında “Huawei” xidmətlərindən imtina edib

Böyük Britaniya hökuməti Çinin “Huawei” şirkətinin ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin qurulmas

14 07 2020

14/07/20
“LG” şirkəti dünyada ən kiçikölçülü “Bluetooth” modulu hazırlayır

“LG” şirkəti dünyada ən kiçikölçülü “Bluetooth” modulu hazırladığını elan edib. Dü

14/07/20
2020-ci ildə İT bazarının həcmi koronavirusa görə 7,3% azalacaq

“Gartner” tədqiqat şirkətinin analitikləri 2020-ci il üçün İT bazarı üzrə proqnoza düzəliş ediblər. Əvvəl

14/07/20
“One Netbook” hibrid minikompüteri planşetə çevrilir

Ultraportativ kompüterlərin hazırlanması ilə məşğul olan “One Netbook” şirkəti mühəndis və İT peşəkarları

14/07/20
“LG” şirkəti “Android 10” sistemi ilə işləyən yeni smartfonunu təqdim edib

“LG” şirkəti “Aristo 5” adlı başlanğıc səviyyəli yeni modelini təqdim etməklə öz smartfon çeşidini

14/07/20
“Google” Hindistan iqtisadiyyatının rəqəmsallaşdırılmasına 10 milyard dollar qoyacaq

“Google” şirkəti növbəti 5-7 il ərzində Hindistan bazarına 10 milyard dollar investisiya yatıracaq. Sərma

14/07/20
Çox sürətli “Oppo” enerjidoldurma qurğusu 10 dəqiqə ərzində smartfonu tam şarj edəcək

“Oppo” şirkəti 125 vatt gücündə çox sürətli enerjidoldurma qurğusunu təqdim etməyə hazırlaşır. Yenilik nə

14/07/20
Çində ilk sürücüsüz taksinin sınaqları keçirilir

Çinin “WeRide” startapı ölkədə ilk robotlaşdırılmış sürücüsüz taksilər servisini istifadəyə verəcək.

14/07/20
“Apple” “ağıllı” eynəyi üçün linzaların təcrübi istehsalına başlanılıb

“Apple” şirkəti və onun istehsalçı tərəfdaşı “Foxconn” əlavə reallıq texnologiyasına malik “ağıllı” e