12px13px15px17px
Tarix:09/07/19

“Instagram”da istifadəçilərin zorbalıqdan müdafiəsi üzrə funksiyalar əlçatan olacaqistifadəyə

“Instagram” internetdə nifrət və zorbalığa qarşı mübarizə məqsədilə yeni funksiyalar istifadəyə verəcək. Bu haqda “Facebook” şirkətindən məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Instagram”da tətbiq olunacaq mexanizm süni intellektin köməyi ilə şərhlərdə təhqir və ədəbsiz ifadələrin mövcudluğunu müəyyənləşdirəcək.
 
Yolverilməz ifadə aşkar edildikdə müəllifə onu dəyişdirmək təklif ediləcək.
 
Həmçinin tətbiq ediləcək “Restrict” (məhdudlaşdırmaq) funksiyası istifadəçilərə öz postlarının altında başqa şərhçilərin təhqiredici yazılarını gizlətməyə imkan verəcək.
 
Tərtibatçılar əmindirlər ki, yeni funksiyalar zorbalıq qurbanlarına real həyatda münaqişələrdən uzaq olmağa imkan verəcək. Sözügedən funksiyalar yaxın vaxtlarda əlçatan olacaq.
 
Emil Hüseynov



Baxış sayı: 40

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2019

20 10 2019