12px13px15px17px
Tarix:11/07/19

Minlərlə “Android” proqramı istifadəçidən icazəsiz geo məlumatları toplayır

“Android” üçün mindən çox mobil proqram istifadəçilərin yeri haqqında məlumatları toplayır. Bu haqda Beynəlxalq Kompüter Texnologiyaları İnstitutundan məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Android” üçün 88 min mobil proqram araşdırılıb və məlum olub ki, onlardan 1325-i istifadəçi məlumatlarına giriş üçün avtorizasiya sisteminə müdaxilə edə bilir. Məsələn, şəkillərin işlənməsi üçün “Shutterfly”  proqramı şəkillərdəki geoməlumatları oxuyur və onları tərtibatçının serverinə göndərir. Şirkətin iddiasına görə, məlumatları yalnız istifadəçilərin icazəsi ilə toplayır, ancaq sözügedən tətbiq geoməlumatlara giriş üçün istifadəçidən icazə istəmir.
 
Zərərverici proqram təminatı isə geoməlumatlardan istifadə edə bilər.
 
Ekspertlər hələ 2018-ci ilin sentyabrında araşdırmanın nəticələri haqqında “Google” şirkətinə xəbərdarlıq etmişdilər. İnternet nəhəngi 2019-cu ildə təqdim olunacaq “Android Q” yenilənməsində bu boşluqları aradan qaldıracağına söz verib.
 
Emil Hüseynov



Baxış sayı: 691

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024