12px13px15px17px
Tarix:12/07/19

Süni intellekt fırıldaqçılıqla mübarizə aparacaq

"SAS" şirkəti və Oğurluq və Fırıldaqçılığın Araşdırılması üzrə Sertifikatlaşdırılmış Mütəxəssislər Assosiasiyası (ACFE) tədqiqat apararaq getdikcə daha çox şirkət və təşkilatın süni intellekt və kompüter təlimi əsasında mühafizə həlləri tətbiq edəcəyini açıqlayıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Servernews www.servernews.ru" resursuna istinadən yazır ki, söhbət fırıldaqçılıqla mübarizə üçün nəzərdə tutulan yeni nəsil alətlərdən gedir. Süni intellekt texnologiyaları və kompüter təlimi cinayətkar sxemlərin aşkarlanması və risklərin proqramlaşdırılması effektivliyini artırmağa imkan verəcək.
 
Hazırda süni intellekt və kompüter təlimi əsasında fırıldaqçılıqla mübarizə (anti-fraud) alətlərini təşkilatların təqribən 13 faizi tətbiq edir. Tədqiqatda iştirak edən şirkətlərin daha 25 faizi bu texnologiyaları yaxın 1-2 il ərzində tətbiq etməyi planlaşdırır. Beləliklə, 2021-ci ilədək təşkilatların 40 faizi fırıldaqçılıqla mübarizə üçün süni intellekt və kompüter təlimindən istifadə edəcək.  
 
Hazırda əksər təşkilatlar daha çox klassik alətlərdən (məsələn, Microsoft Office) istifadə edilməklə əsas fırıldaqçılıq hadisələri üzrə əvvəlcədən tərtib olunmuş hesabatlardan istifadə edir. Bu, tədqiqatın əhatə etdiyi şirkətlərin 64 faizi üçün standart alətdir. Populyarlığına görə ikinci yerdə ekspert biznes qaydalarından istifadə edilməklə avtomatik monitorinq qərarlaşıb – onu təşkilatların 54 faizi tətbiq edir. Liderlər üçlüyünü "Business intelligence" (BI) alətlərindən istifadə edilməklə məlumatların vizual tədqiqi tamamlayır (35 faiz).
 
2021-ci ilədək təşkilatların 72 faizinin fırıldaqçılıqla mübarizə üçün avtomatik məlumat monitorinqi, avtomatik anomaliya aşkarlanması və s. istifadə edəcəyi gözlənilir. Prediktiv analitikadan (Predictive Analytics) isə təşkilatların 52 faizində istifadə nəzərdə tutulur.
 
Nizam Nuriyev




Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024