12px13px15px17px
Tarix:12/07/19

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Gəncədə vətəndaşları qəbul etdi

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Gəncədə vətəndaş qəbulu keçirib.
 
Vətəndaşlarla görüş mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin iyul ayında vətəndaşları qəbulu cədvəlinə əsasən təşkil olunub.
 
Qəbuldan öncə nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
 
Görüş zamanı Gəncə və Goranboy sakinlərinin nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb. 
 
Nazir vətəndaşların şikayət və təkliflərini diqqətlə dinləyərək müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
 
Bir sıra vətəndaş müraciətləri yerindəcə həll edilib.
 
Həlli Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlərlə bağlı vətəndaşlara izahat verilib, həmin müraciətlər aidiyyəti qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.
 
Qəbuldan sonra  keçirilən müşavirədə vətəndaş müraciətlərinə dair geniş müzakirə aparılıb, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyi vurğulanıb.
















Baxış sayı: 6286

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024