12px13px15px17px
Tarix:16/11/11

“HP” şirkəti ilk ultrabukunu təqdim edib

“Hewlett-Packard” şirkəti bu gün öz ilk biznes-ultrabukunu - 13,3 düymlü ekranla təchiz edilmiş “Folio 13” modelini elan edib.

Kompyuter 2 baza versiyasında təklif ediləcək: versiyalardan biri 1,4 QHz takt tezlikli “İntel Core i3” prosessoru, digəri isə 1,6 QHz takt tezlikli (turbo rejimində 2,3 QHz-a qədər) “Core i5” çipi ilə təchiz edilib. Əməli yaddaş tutumu 4 QB təşkil edir.

“Folio 13” kompyuteri şəbəkə “Ethernet”-kontrolleri, “HDMİ” interfeysi, kardrider, “TrueVision HD” veb-kamerası və “USB 2.0” portu ilə təchiz edilib. Ekranın kəskinliyi 1366×768 pikseldir.

Avtonom iş müddəti 9 saata çatır və istehsalçı iddia edir ki, bu göstərici ultrabuk bazarı üçün rekord göstəricidir. Yeniliyin korpusunun qalınlığı 18 mm təşkil edir; çəkisi təxminən 1.5 kq-dır. “Folio 13” ultrabuku satışa dekabr ayının 7-də 900 dollardan (Windows 7 əməliyyat sistemi ilə) daxil olacaq.



Baxış sayı: 589

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020