12px13px15px17px
Tarix:13/07/19

“Shoelace” eksperimental sosial şəbəkəsi istifadəyə verilib

"Google" şirkəti bu ilin aprelində fəaliyyətini dayandıran "Google+" sosial şəbəkəsi əvəzinə, "Shoelace" adlı yeni layihəni istifadəyə verib. "Area 120" eksperimental laboratoriyasının ərsəyə gətirdiyi servis kino, konsert və digər tədbirlərə getmək üçün yaxınlıqda yaşayan insanları tapmağa imkan verən hiperlokal sosial şəbəkədir.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti www.vesti.ru" resursuna istinadən yazır ki, hazırda "Shoelace" xidmətindən yalnız Nyu-Yorkda istifadə mümkündür. "Android" və "iOS" əlavələrinin yüklənilməsi üçün istinadlar layihənin saytında yerləşdirilib, lakin onlara keçid dəvət əsasındadır.
 
Mütəxəssislərin sözlərinə görə, "Shoelace" oxşar maraqlara malik digər insanlarla ünsiyyət qurmağa kömək edir. İstifadəçilər iştirak etmək istədikləri hadisə və aktivlik üzrə öz siyahılarını yarada və ora dostlar və tanış olmayan insanları dəvət edə bilərlər. Bundan əlavə, sosial şəbəkə hamının qoşula biləcəyi açıq tədbirlər seçimi təklif edir.
 
Qeyd edək ki, "Google" əvvəllər də oxşar layihələr işə salıb. Məsələn, 2011-ci ildə fəaliyyətə başlayan "Schemer" birgə səfərlər üçün ərazi üzrə qonşular tapmağa imkan verib. Lakin layihə 2014-cü ildə bağlanılıb.
 
Nizam Nuriyev




Baxış sayı: 1533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024