12px13px15px17px
Tarix:15/07/19

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Gəncə şəhərində Xocalı və Kəlbəcər rayonundan olan 600 məcburi köçkün ailəsinin məskunlaşdığı qəsəbənin telefonlaşdırılması başa çatdırılıb.
 
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 448 nömrə tutumuna və 256 internet portuna malik ONU (Optik Network Union – Optik Şəbəkə Nöqtəsi) tipli avadanlıq quraşdırılıb. 2130 metr fiber–optik kabel çəkilərək birləşdirici xəttin tikintisi həyata keçirilib, daxili xətt şəbəkəsinin qurulması üçün müxtəlif tutumlu 9318 metr kabel çəkilib.
 
Qəsəbədə 227 ədəd rabitə dirəkləri basdırılıb,  60 ədəd kabel meydançası və 60 ədəd abonent qutusu, eyni zamanda 600 metr uzunluğunda qazıntı işləri aparılaraq 2 kanallı kabel-kanalizasiya qurğusu tikilib istifadəyə verilib.
 
3280 metr müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti-montaj işləri başa çatdırılıb. Yeni abunəçilərin internetə qoşulması üçün  müasir avadanlıq istismara verilib. Bununla da, qəsəbə sakinlərinin rabitə xidmətlərinə olan tələbatı təmin edilib.
 
Bundan sonra da telefonlaşmayan ərazilərdə bu kimi layihələrin həyata keçirilməsi istiqamətində planlı işlər davam etdiriləcək.




Baxış sayı: 219

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Avqust 2019

17 08 2019

17/08/19
“NVIDIA” və “AutoX” şirkətləri Avropa bazarı üçün avtomatlaşdırılmış taksi hazırlayacaq

2020-ci ilin sonunadək “NVIDIA” qrafik prosessorlar istehsalçısı “AutoX” və “NEVS” şirkətləri ilə 

17/08/19
“iPhone” smartfonunda yeni təhlükəli boşluq aşkar edilib

Hakerlər "Kontaktlar" proqramının köməyi ilə “iPhone” qurğusuna müdaxilə etməyə 

17/08/19
Dəriyə bərkidilən yeni datçiklər istifadəçinin sağlamlıq vəziyyətini izləyir

Stenford Universitetinin mühəndisləri plastır kimi dəriyə yapışan datçiklərin