12px13px15px17px
Tarix:15/07/19

“Microsoft Word” proqramının “Android” üçün tətbiqi 1 milyard dəfə quraşdırılıb

“Microsoft” korporasiyası bu yaxınlarda öz mobil proqramlarının irəliləyişində əhəmiyyətli göstəriciyə nail olub. “Microsoft Word” proqramının “Android” üçün mobil versiyası 1 milyard dəfə quraşdırılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, “Office”in başqa mobil proqramlarına, həmçinin yüksək tələbat var. “Excel”, “PowerPoint”, “OneNote” və “OneDrive” proqramları 500 milyon dəfədən çox, “Outlook” elektron poçtunun “Android” üçün tətbiqi isə 100 milyon dəfədən  çox quraşdırılıb. Bu halda yükləmələr yalnız “Google Play Store”dən həyata keçirilmir. “Microsoft” korporasiyası onun proqramlarının müxtəlif qurğulara ilkin quraşdırılması haqqında müxtəlif istehsalçılarla bir sıra razılaşmalara malikdir.
 
Emil Hüseynov




Baxış sayı: 1233

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024