12px13px15px17px
Tarix:15/07/19

Fərdi kompüterlərin qlobal tədarükü 5 faiz artıb

Cari ilin ikinci rübündə dünyada ənənəvi fərdi kompüterlərin tədarük həcmi 4,7 faiz artaraq 64,9 milyon ədədə çatıb. Tələbatın yüksəlməsinin səbəblərindən biri “ticarət müharibələri”nə görə gözlənilən qiymət artımıdır. Bu barədə “International Data Corporation” (IDC) şirkətinin tədqiqatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vestifinance www.vestifinance.ru” resursuna istinadən yazır ki, tədqiqata görə, bu artım təklifin kəsirinin azalması və yaxınlaşan ticarət gərginliyi səbəbindən gözləniləndən xeyli çoxdur.
 
“Bundan başqa, tariflərin artması təhlükəsi bir sıra fərdi kompüter istehsalçılarını izafi fərdi kompüter və noutbuk tədarük etməyə məcbur edərək ikinci rübdə fərdi kompüter bazarını süni şəkildə dəstəkləyib”, – tədqiqatlar üzrə menecer Citeşa Ubrani bildirib.
 
“Lenovo” şirkəti tədarük həcminə görə birinci yeri tutub – satış artımı 18,2 faiz olmaqla 16,254 milyon qurğu təşkil edib (bazar payı 2018-ci ilin ikinci rübündəki 22,2 faizdən 25,1 faizədək artıb).  
 
İkinci yerdə 3,2 faiz tədarük artımı ilə fərdi kompüterlərin sayını 15,356 milyona çatdıran (bazar payı 24 faizdən 23,7 faizədək azalıb) “HP” şirkəti qərarlaşıb.
 
Üçüncü pillədə tədarükü 3,1 faiz artaraq 11,606 milyon fərdi kompüter (bazar payı 18,2 faizdən 17,9 faizədək azalıb) təşkil edən “Dell Technologies” yer alıb.  
 
Tədarük həcmi 1,7 faiz azalaraq 4,288 milyon (bazar payı 7 faizdən 6,6 faizədək azalıb) olan “Acer Group” dördüncü mövqe ilə kifayətlənib.
 
“Apple” şirkəti ən böyük tədarükçülər beşliyini tamamlayıb: onun tədarükü 9,6 faiz artaraq 4,077 milyon ədədə çatıb (bazar payı 6 faizdən 6,3 faizə yüksəlib).
 
Nizam Nuriyev




Baxış sayı: 123

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






13 Dekabr 2019

13/12/19
Gələcəyin əsas internet təhdidləri açıqlanıb

Kibertəhlükəsizlik sahəsində işləyən mütəxəssislər 2020-ci ildə istifadəçiləri kiberməkanda gözləyən təhd

13/12/19
“Panasonic” Yaponiyada rəqəmli "Belosnejka güzgüsü" quraşdırıb

Yaponiyanın “Panasonic” şirkəti tərəfindən “KOSE” kosmetika mağazasında quraşdırılmış "ağıllı" güzgü

13/12/19
“Windows 7” sistemində antivirusun yenilənməsi dayandırılacaq

“Microsoft” korporasiyası 14 yanvar 2020-ci il tarixində “Windows 7” əməliyyat sisteminin idarəetməsi ilə

13/12/19
Başqasının “iPhone” modelini bloklayan üsul aşkarlanıb

“iPhone” smartfonları üçün “AirDrop” funksiyasında qurğunu uzun müddət bloklamağa imkan verən

13/12/19
Yenilənmiş “Your Phone” əlavəsi telefon zəngləri etməyə imkan verəcək

“Microsoft” şirkəti “Your Phone” mobil əlavəsini yeniləyərək fərdi kompüterlərdən telefon zənglərinin

13/12/19
“Əşyaların interneti”ni əvəzləyəcək texnologiya məlum olub

“Ericsson” şirkəti istehlak texnologiyaları sahəsində əsas yeniliklərə həsr edilən illik tədqiqatın nətic

13/12/19
“Apple” korporasiyası köhnə “iPhone” üçün yeniləmə çıxarıb

“Apple” şirkətinin 2013-cü il istehsalı olan smartfonunda və başqa qurğularda sistem yeniləməsi həyata

13/12/19
“Samsung” şirkəti “Galaxy A51” smartfonunu təqdim edib

“Samsung” şirkəti “Galaxy A50” smartfonunun varisini təqdim edib.

13/12/19
“Samsung” şirkəti “Galaxy A71” smartfonunu təqdim edib

“Samsung” şirkəti “Galaxy A51”dən sonra yeni “Galaxy A71” modelini təqdim edib.

12 12 2019

12/12/19
“Samsung Galaxy S11” seriyalı yeni modellərin təqdimat tarixi açıqlanıb

“Samsung” şirkəti ənənəvi olaraq yeni nəsil “Galaxy S” smartfonlarını İspaniyanın Barselona şəhərində keç

12/12/19
Çində milli rəqəmli valyutanın sınaqları keçiriləcək

Çin Xalq Bankı ilin sonunadək elektron ödənişlər üçün “DCEP” adlı milli rəqəmli valyutanın sınaqlarını

12/12/19
Bu antivirus istifadəçiləri izləyir

Pulsuz “Avast” antivirus proqram təminatı istifadəçilərin məlumatını toplayaraq onları satırmış. Bu haqda

12/12/19
İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb (VİDEO)

ABŞ-ın “Sarcos Robotics” şirkəti insana çəkisi 90 kiloqrama bərabər yükü qaldıran zaman 4,5 kiloqramlıq

12/12/19
“Samsung” qabaqcıl smartfonlarında öz prosessorundan imtina edəcək

“Samsung” şirkəti yeni “Galaxy S11” modellərində öz istehsalı olan “Exynos” prosessorlarından

12/12/19
Yeni texnologiya istənilən şəxsə təyyarəni endirməyə imkan verəcək

ABŞ-ın “Garmin” naviqasiya sistemləri istehsalçısı istənilən şəxsə təyyarəni endirməyə kömək edəcək texno

12/12/19
“iPhone” son onilliyin ən möhtəşəm cihazı adlandırılıb

“The Verge” nəşri son illiyin 100 əsas qurğusundan ibarət reytinq tərtib edib. “iPhone 4” son onilliyin

12/12/19
Yeni “Apple Mac Pro” kompüterlərinin satışına başlanılıb

“Apple” şirkəti dekabrın 10-da iyunda təqdim edilən və peşəkarlar üçün nəzərdə tutulan “Mac Pro

12/12/19
“Microsoft” mobil əməliyyat sistemləri bazarını tərk etdi

10 dekabr 2019-cu il tarixində “Microsoft” rəsmən “Windows 10 Mobile” sisteminin dəstəyini dayandırıb.

12/12/19
“iOS” sisteminin yeni versiyası “iPhone” cihazını fiziki açarla qorumağa imkan verir

“Apple” şirkəti tərəfindən təqdim edilmiş “iOS 13.3” versiyasında fiziki təhlükəsizlik açarlarının