12px13px15px17px
Tarix:17/07/19

“Twitter” fərdi kompüterlər üçün yeni dizayn təqdim edib

“Twitter” mikrobloqlar xidməti fərdi kompüterlər üçün yeni dizaynını təqdim edib. Bu haqda şirkətin bloqunda məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, xidmətin tərtibatçıları hələ 2018-ci ildə yeni dizaynı sınaqdan keçirməyə başlayıblar, indi isə istifadəçilər dizaynın köhnə versiyasına keçmək imkanından məhrum ediliblər. Məlumata görə, mobil proqram vasitəsilə xidmətdən istifadə edən istifadəçilər fərqi ayırd etməyəcəklər, çünki cihazlar üçün versiyadakı bir çox funksiyalara masaüstü variant əlavə edilib. Lakin artıq dərc edilmiş tvitlərin redaktə edilməsi imkanının olmaması təəssüf hissi doğurur.

 

Tərtibatçıların sözlərinə görə, dizaynın yenilənməsi sosial şəbəkənin naviqasiyasını asanlaşdırıb və onu daha fərdiləşdirilmiş edib. Bundan başqa, ən çox istifadə edilən funksiyalara giriş asanlaşdırılıb. Həmçinin hesablar arasında keçid funksiyası asanlaşdırılıb, "gecə rejimi" və bir neçə başqa rəng həlli əlavə edilib.

 

Emil Hüseynov





Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024