12px13px15px17px
Tarix:17/07/19

Bill Qeyts milyarderlər siyahısında ilk dəfə üçüncü pilləyə enib

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts milyarderlər indeksinin yeddillik tarixində ilk dəfə üçüncü pilləyə enib. Bu barədə “Bloomberg” agentliyinin “Bloomberg Billionaires Index” (BBI) indeksində deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, çərşənbə axşamı fransalı biznesmen, “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno B.Qeytsi geridə qoyaraq siyahıda ikinci yerə yüksəlib. “LVMH” zinət əşyalar istehsalçısı Parisdə rekord səviyyəyə nail olub və xalis gəlirini 107,6 milyard dollaradək artırmaqla B.Qeytsi 200 milyondan çox üstələyib.

 

Ötən ay sərvəti ilk dəfə 100 milyard dolları ötən B.Arno reytinqin liderlər üçlüyünə daxil olmaqla B.Qeytsə və dünyanın ən varlı insanı – “Amazon” şirkətinin yaradıcısı Ceff Bezosa qoşulub. Liderlər üçlüyünün kollektiv var-dövləti “Walmart”, “Exxon Mobil” və “Walt Disney” daxil olmaqla S&P 500 indeksində hər şirkətin fərdi bazar dəyərini üstələyir.

 

Həmçinin qeyd olunur ki, B.Qeyts xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmasaydı, dünyanın ən varlı insanı kimi qalardı. Belə ki, o, Bill və Melinda Qeyts Fonduna 35 milyard dollardan çox ianə ayırıb.

 

Bu il C.Bezosun aktivlərinin xalis satış dəyəri Makkenzi Bezosla boşanmaqla bağlı razılığa gəlməsinə baxmayaraq 125 milyard dollaradək artıb. Boşanma sayəsində M.Bezos dünyanın ən varlı qadınları siyahısında dördüncü mövqedə yer alıb.

 

Qeyd edək ki, indeks milyarderlərin paya malik olduqları şirkətlərin səhmlərinin dəyəri və maliyyə hesabatları əsasında hesablanır. Bir sıra şirkətlərlə bağlı hesablama şirkətin kapitallaşma dəyərinin “EBITDA” (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) və ya səhm dəyərinin səhm üçün gəlir nisbəti üzrə aparılır. “BBI” reytinqinə ümumilikdə dünyanın 500 ən varlı adamı daxildir.

 

Nizam Nuriyev





Baxış sayı: 150

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






13 İyul 2020

13/07/20
“Lenovo Yoga X” qurğusu “Android” planşet və portativ monitor funksiyalarını birləşdirəcək

“@Evleaks” təxəllüsü ilə tanınan amerikalı bloger Evan Blass Çinin “Lenovo” şirkətinin

13/07/20
İkinci rübdə istifadəçilər mobil proqramlarda aylıq 200 milyard saatdan çox vaxt keçiriblər

Koronavirus pandemiyası milyonlarla istifadəçinin həyatına ciddi təsir göstərib. Koronavirusa görə tətbiq

13/07/20
“Xiaomi” oyun konsolu formasında ucuz telefon təqdim edib

“Xiaomi” şirkətinin cihazlar çeşidinə qeyri-adi form-faktorda hazırlanmış orijinal yenilik daxil edilib.

13/07/20
On dörd düym ekranlı “Apple” noutbuku buraxılacaq

“Apple” şirkəti növbəti ildə “MacBook Pro” seriyalı noutbukların istehsalını bərpa edərək 14 və 16 düym d

13/07/20
Niderlandda tullantılardan ibarət körpü “3D” printerdə çap ediləcək

Niderlandın Rotterdam şəhərinin hakimiyyəti “3D” printerdə tullantılardan hazırlanan çap edilmiş yeni kör

13/07/20
“Apple” rəhbəri İT sənayesində ən yüksək əməkhaqqı alan icraçı direktordur

“Apple” şirkətinin rəhbəri Tim Kuk hazırda informasiya texnologiyaları sahəsində ən yüksək əməkhaqqı alan

12 07 2020